Cümə axşamı , Oktyabr 28 2021
Ana səhifə / Cəmiyyət / Azərbaycanlı milyarder 436 milyonluq yaxtasını arvadından geri aldı

Azərbaycanlı milyarder 436 milyonluq yaxtasını arvadından geri aldı

Rusiyada yaşayan azərbaycanlı milyarder Fərhad Əhmədov İngiltərə məhkəməsi tərəfindən keçmiş həyat yoldaşına verilməsi qərara alınan 436 milyon dollarlıq lüks yaxtasını geri alıb.

Belə ki, Dubayın Apellyasiya məhkəməsi İngiltərə məhkəməsinin yaxtanın müsadirə edilməsi qərarını ləğv edib.

Vəkili Əhmədovun qərara sevindiyini, ancaq təəccüblənmədiyini qeyd edib. Tatyana Əhmədovanın vəkilləri isə Dubaydakı məhkəmələrdə təşəbbüslərini davam etdirəcəklərini açıqlayıb.

Qeyd edək ki, Əhmədov İngiltərədə keçirilən məhkəmədə həyat yoldaşı ilə 2000-ci ildə boşandığını açıqlayıb. Məhkəmə isə boşanma sənədlərinin saxta olduğu qənaətinə gələrək, Fərhad Əhmədovun 1.4 milyard dollarlıq sərvətinin 600 milyon dollarını Tatyana Əhmədovaya ödəməsinə qərar verib.

Həmçinin oxuyun

“Toyda, yasda az qalır ki, camaat bir-birinin ağzının içinə girsin“ – Narazılıq

“Ölkəmizdə yoluxma sayının yenidən artması narahatlıq doğurur. Təkcə bu gün koronavirusdan 27 nəfərin ölməsi bizi ciddi …