Bazar ertəsi , İyun 21 2021
Ana səhifə / Cəmiyyət / Azərbaycanlı milyarderə ağır itki üz verdi

Azərbaycanlı milyarderə ağır itki üz verdi

Məşhur azərbaycanlı milyarder, Rusiyadakı “NortQaz” şirkətinin yaradıcısı Fərhad Əhmədova ağır itki üz verib.

Fərhad Əhmədovun böyük qardaşı Ramiz Əhmədov vəfat edib.

Allah rəhmət etsin!

Qeyd edək ki, Fərhad Əhmədovun atası Teymur Əhmədov vaxtilə Göyçayda zavod direktoru olub.

Fərhad Əhmədov dünyadakı məşhur Azərbaycan əsilli milyarderlər arasında xüsusi populyarlığı ilə seçilir.

Hazırda Göyçayda fəaliyyət göstərən “AzNar” şirkəti və şirkətin təsisçisi olduğu “Kənd” MMC də Fərhad Əhmədova məxsusdur. Şirkət Göyçay və İsmayıllı rayonlarında 1200 hektardan çox sahədə nar, üzüm, alma bağları yaradıb.

Həmçinin oxuyun

Operativ Qərargahdan toylarla bağlı AÇIQLAMA

Azərbaycanda koronavirus infeksiyasının son günlər azalması səbəbindən xüsusi karantin rejimi çərçivəsində toyla bağlı məhdudiyyətin ləğv …