Bazar , Noyabr 29 2020
Ana səhifə / Cəmiyyət / Azərbaycanlı iş adamı əsgərimizin arzusunu reallaşdırıb – Fotolar

Azərbaycanlı iş adamı əsgərimizin arzusunu reallaşdırıb – Fotolar

Azərbaycanlı iş adamı Fərid Novruzi Hadrut (Ağoğlan) qəsəbəsinin işğaldan azad edilməsində iştirak edən əsgərin arzusunu reallaşdırıb.

Qəsəbə azad edildikdən sonra yaşayış məntəqəsinə daxil olan əsgərin “O Mercedesi aparaq, ikiqapılı, xəyalım olub mənim” deməsindən sonra biznesmen ona həmin maşından alıb.

“Hadrut uğrunda döyüşən əsgər qardaşımın xəyal etdiyi, ikiqapılı Mersedes markalı maşını Allahın lütfü ilə aldım. Əslində, sizin köməyinizlə bu məlumatın ona çatdırılmasını xahiş etmək istərdim, lakin yəqin ki, qardaş döyüş bölgəsindədir və fikrini yayındırmayaq. Allah onun qoluna qüvvət versin və Qarabağ qazisi olaraq sağ salamat evinə-ailəsinə qaytarsın, bizə də bu hədiyyəni ona bilavasitə verməyi nəsib etsin. Maşının nömrəsi də özəldir Zəfər Yolunda, 028 də Xocavəndin avtomobil seriyasıdır” – sözlərini sosial şəbəkə hesabında yazan F.Novruzi avtomobilin şəkillərini izləyiciləri ilə bölüşüb.

Azərbaycanlı iş adamı əsgərimizin arzusunu reallaşdırıb -  Fotolar
Azərbaycanlı iş adamı əsgərimizin arzusunu reallaşdırıb -  Fotolar

Həmçinin oxuyun

“Cəbrayılda rahat gəzə bilərəm, balam orada şəhid olub” – VİDEOREPORTAJ

Azərbaycan Televiziyası 44 gün davam edən Vətən Müharibəsində şəhid olan qəhrəmanlarımız haqqında növbəti süjetini yayımlayıb. Budəfəki …