Bazar , Noyabr 29 2020
Ana səhifə / Cəmiyyət / Azərbaycanlı idmançı Acunun apardığı “Survivor”a qatılacaq – FOTO

Azərbaycanlı idmançı Acunun apardığı “Survivor”a qatılacaq – FOTO

Kikboks üzrə dünya çempionu Pərviz Abdullayev (“Kobra Pərviz”) Türkiyənin məşhur “Survivor” yarışmasına qatılacaq.

Sabah.az-ın məlumatına görə, idmançı Acun Ilıcalının rəhbəri və aparıcısı olduğu yarışmanın seçim mərhələlərindən keçib.

Pərviz artıq bir müddətdir bununla bağlı İstanbuldadır. O, yarışma üçün son hazırlıqlarla məşğuldur.

“Survivor” fevralın 16-da TV8-də yayıma başlayacaq. Oyun Dominikan adasında keçirilir.

Qeyd edək ki, bu il yarışmada “Arka sokaklar” serialında Murad obrazını canlandıran Uğur Pektaş, “Master Chef” yarışmasının iştirakçısı Yasin Obuz, sosial media fenomeni Cemal Can, aktyor Ersin Korkut, müğənni Əmrahın oğlu Tayfun Ərdoğan, futbolçu Sercan Yıldırımın yer alacağı açıqlanıb.

Həmçinin oxuyun

“Bayatı-Şiraz”ı dinləyən Hikmət Hacıyev göz yaşlarına hakim ola bilmədi – Video

Bu gün Azərbaycandakı diplomatik korpusun nümayəndələri, beynəlxalq təşkilatların ölkəmizdəki nümayəndəliklərinin rəhbərləri ilə erməni silahlı qüvvələrinin işğalından …