Ana səhifə / Cəmiyyət / Azərbaycanlı gənc rusiyalı modellə tanış olmaq istədi: “Salam, xanım! Öz şəkillərinizdi?”

Azərbaycanlı gənc rusiyalı modellə tanış olmaq istədi: “Salam, xanım! Öz şəkillərinizdi?”

Rusiyalı məşhur model Svetlana Bilalova aprelin sonlarında Bakıda keçirilmiş “Formula-1 Azərbaycan Qran-Prisi”nin qonağı olub.

Virtualaz.org xəbər verir ki, Bakının görməli yerlərində xeyli şəkil çəkdirmiş Svetlana ara-sıra onları özünün “İnstagram” səhifəsində yerləşdirir.

Üç gün bundan əvvəl rusiyalı model sosial şəbəkədə Heydər Əliyev Mərkəzinin qarşısında çəkdirdiyi şəkli yerləşdirib. Təsadüfən bu şəklə rast gəlmiş azərbaycanlı “İnstagram” istifadəçisi (reshad.baxseliyev) modellə elə “kassadan ayrılmamış” tanış olmaq qərarına gəlib.

Fotoşəklin şərhlər bölməsində azərbaycanlı fürsətkeş gənc yazıb: “Salam, xanım! Öz şəkillərinizdi?” Svetlana Bilalova bu sualı cavabsız qoyub. Bəlkə də ona görə ki, Azərbaycan dilini bilmir.

Virtualaz.org

Həmçinin oxuyun

Türkiyədəki iş adamları Xocalıda bağça tikdirir

Xəbər verildiyi kimi, Türkiyədə yaşayan erməni iş adamları Xocalı şəhərində 90 uşaq üçün nəzərdə tutulan …