Çərşənbə axşamı , Mart 26 2019
Ana səhifə / Cəmiyyət / Azərbaycanlı gənc Rumıniyada hakim partiyanın rəhbərliyinə namizəddir

Azərbaycanlı gənc Rumıniyada hakim partiyanın rəhbərliyinə namizəddir

“Cümhuriyyətin 100 illiyi” Diaspor Gənclərinin I Yay Düşərgəsinin iştirakçısı Rumıniyada partiya rəhbərliyinə iddialıdır.
Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, “Azərbaycan Diaspor Gəncləri” təşkilatının Sosial Media Qrupunun aktiv üzvü, 20 ilə yaxındır Rumıniyada yaşayan soydaşımız Kamran Allahverdiyev gənc olmasına baxmayaraq Rumıniyada aktiv ictimai-siyasi fəaliyyətlə də məşğul olur, siyasət adamları ilə görüşür, müzakirələr aparır və bir sıra layihələrdə onlarla əməkdaşlıq edir.
Bu günlərdə Cluj-Napoca şəhərində Rumıniyada hazırda iqtidarda olan PNL (liberal milli partiya) toplantı keçirib. Rumıniya siyasətinin tanınmış simalarının, millət vəkillərinin, Avropa Parlamentinin üzvlərinin qatıldığı toplantıda ölkənin aparıcı təşkilatlarından birinə rəhbərlik etmək üçün Kamran Allahverdiyevin namizədliyi irəli sürülüb.
Qeyd edək ki, Cluj-Napoca Rumıniyanın tələbələr şəhəri kimi tanınır. Burada demək olar ki, bütün ölkələrdən olan tələbəyə rast gəlmək mümkündür. Seçkilərin bu ayın sonunda keçiriləcəyi planlaşdırılır.
Kamran Allahverdiyev uzun illərdir Rumıniyada yaşasa da öz doğma dilində və türk dilində, eləcə də ingilis, alman və rumın dillərində sərbəst danışa bilir. 

Həmçinin oxuyun

Mərdəkandakı tarixi qala baxımsız qalıb – FOTOLAR

Bakıda bir çox tarixi abidələr var ki, baxımsız vəziyyətdədir. Belə ki, bu abidələr Mədəniyyət Nazirliyinin …