Şənbə , Aprel 20 2024
Ana səhifə / Cəmiyyət / Azərbaycanlı diplomatın arvadı Nyu-Yorkda mağazadan oğurluq etməkdə ittiham edilir

Azərbaycanlı diplomatın arvadı Nyu-Yorkda mağazadan oğurluq etməkdə ittiham edilir

Azərbaycanlı diplomatın arvadı Mehriban Cəbrayılova Bronksda yerləşən “Marshalls” mağazasından oğurluq etməkdə ittiham edilir.

Bu barədə Virtualaz.org “Daily News”a istinadən xəbər verir. Xəbərdə deyildiyinə görə Azərbaycan səfirliyinin birinci katibinin 29 yaşlı həyat yoldaşı uşaq arabasında 188 dollarlıq malı mağazadan çıxarmaq istəyərkən mühafizəçilər tərəfindən saxlanılıb.

Mehriban Cəbrayılova hadisə yerinə gəlmiş polis əməkdaşlarına bildirib ki, diplomatın həyat yoldaşıdır və diplomatik toxunulmazlığa malikdir.

Saxlanılan şəxsin statusu müəyyən edildikdən sonra polis qadını sərbəst buraxıb. Amerika nəşri yazır ki, diplomatik status, adətən, diplomatların həyat yoldaşlarına da şamil olunur.

Qəzetin yazdığına görə, belə hallarda polis Dövlət Departamentinə müraciət edir ki, diplomatın toxunulmazlığı ləğv edilsin. Dövlət Departamenti azərbaycanlı diplomatın arvadının saxlanılması faktını şərh etməyib.

Mehriban Cəbrayılovanın əri Fərid “Daily News”a bildirib ki, onun arvadının saxlanılması barədə yayılan xəbər həqiqətə uyğun deyil.

Həmçinin oxuyun

Bakı sakinini xəbəri olmadan vəzifəyə təyin etdilər – VİDEO

Bakının Sabunçu rayonu sakini xəbərə olmadan vəzifəyə təyin olunub. Şikayətçi İldırım Hüseynov bildirib ki, e-sosial.az …

Bir cavab yazın