Bazar ertəsi , Sentyabr 23 2019
Ana səhifə / Cəmiyyət / Azərbaycanlı çoban türk mediasının manşetində – Fotolar

Azərbaycanlı çoban türk mediasının manşetində – Fotolar

Türkiyə son illər heyvan sürülərini otaran çoban tapmaqda çətinlik çəkir. 

“Qafqazinfo” xəbər verir ki, çoban problemi yaşayan şəhərlər arasında Rizənin Çamlıhemşin bölgəsi də var. 450 kiçikbaşlı heyvan sürüsünə çoban axtaran fermer bu səbəblə də maaşı 2000 lirəyə qaldırıb. Ancaq sürü sahibi çoban tapa bilməyib.

Bundan sonra iş adamı azərbaycanlı dostları vasitəsilə Qədir Niftəliyevi tapıb. Təklifi qəbul edən Niftəliyev Azərbaycandan  Rizəyə köçüb. Q. Niftəliyev türk mediasına işi ilə bağlı da danışıb. O qeyd edib ki, Rizə yaylaları çox gözəldir: “Heyvanlar səhərlər yaylalarda otlayır, axşam isə bir yerə yığışırlar. Mən onlara sahib çıxıram”.

Qeyd edək ki, Türkiyənin bəzi bölgələrində çoban maaşları 4000-5000 lira arasında da dəyişir.

 



Həmçinin oxuyun

Çoxuşaqlı ailələrin sayı niyə azalır? – Videosorğu

Azərbaycanda çoxuşaqlı ailə modeli tarixə qovuşmaq üzrədir. Ölkədə doğulan uşaqların sayı, eləcə də ailədə 3, …