Şənbə , Dekabr 5 2020
Ana səhifə / Cəmiyyət / Azərbaycanlı blogeri həbs edib başını qırxdılar – VİDEO

Azərbaycanlı blogeri həbs edib başını qırxdılar – VİDEO

Bir neçə gün öncə bir qrup gəncin nəqliyyat vasitələrində intizamsız davranışlarıyla əlaqədar olaraq DİN məlumat yaymışdı.
Həmin nəqliyyat vasitələrindən biri “Mercedes” markalı avtomobilin sürücüsü, paytaxt sakini Mahir Hüseynov, sənişinləri isə Rza Məcidov və Ziliş Cəfərov olub.
Digər nəqliyyat vasitəsi – “Kia” markalı avtomobilin sürücüsü Mingəçevir şəhər sakini Ceyhun Musayev olması müəyyən edilib.
Həmin şəxslər Səbail Rayon Polis İdarəsinin 9-cu Polis Bölməsinə gətirilərək barələrində İXM-in 510 və 511-ci maddələri ilə inzibati xəta haqqında protokollar tərtib edilib.
Sabail Rayon məhkəməsinin qərarı ilə M.Hüseynov və C.Musayev 30 gün, Z.Cəfərov və R.Məcidov hər biri 10 gün müddətinə həbs inzibati tənbeh növü tətbiq edilib.
Qeyd edək ki, Zaur Cəfərov sosial şəbəkələrdə “Daqqılı” ləqəbi ilə tanınır.(baku.ws)

Həmçinin oxuyun

Qarabağ qazisinin bu videosu hər kəsi kövrəltdi (VİDEO)

Birinci Qarabağ müharibəsinin iştirakçısı Qəmbərov Rauf Rəfi oğlunun Qarabağın işğaldan azad olunması ilə bağlı hərbi …