Bazar , Oktyabr 25 2020
Ana səhifə / Cəmiyyət / Azərbaycanlı Almaniyada özünü öldürmək istədi – VİDEO

Azərbaycanlı Almaniyada özünü öldürmək istədi – VİDEO

Almaniyada qaçqınlara qarşı qeyri-insani rəftar pik həddə çatıb. Müxtəlif vədlərə aldanaraq bu ölkəyə sığınan şəxslər incilidir, təhqir olunur, hətta intihar həddinə çatdırılır. 

Sosial şəbəkələrdə Almaniyada yerləşən qaçqın düşərgələrindən birində azərbaycanlı olduğu iddia edilən şəxsin intihara cəhd görüntüləri yayılıb.

Özünü binadan ataraq öldürmək istəyən şəxsin azərbaycanlı olduğu bizə dəqiq məlum olmasa da, videonu lentə alan Rəşad adlı gənc Almaniyada mühacirlərin təzyiqlərə məruz qaldığını, vəziyyətin dözülməz olduğunu etiraf edib.

“Bura Bavariyada qaçqın düşərgələrdən biridir. İndi bir nəfər özünü 6-cı mərtəbədən atmaq istəyir. Azərbaycanlıları çox incidirlər. Onları intihar həddinə çatdırırlar. Kim deyirsə ki, Almaniyada humanistlik var, insanları yaxşı qarşılayırlar, qayğı göstərirlər, yalan söhbətdir. Çoxu faşistlərdir. Baxın, görün yazığı nə hala çatdırıblar ki, özünü öldürmək istəyir”- deyə videoda bildirilib.

Qeyd edək ki, bu, azərbaycanlıların, o cümlədən müsəlmanların Almaniyada üzləşdiyi ilk belə hal deyil. Dəfələrlə xarici KİV və sosial şəbəkələrdə miqrantarın alçaldılması, döyülməsi barədə məlumatlar yayılıb. Görünən odur ki, azərbaycanlıları ölkədən qaçan müxaliflərin təriflədiyi Almaniyada gül-çiçəklə qarşılamırlar.

Təqdim etdiyimiz videogörüntü Almaniyada qaçqınlara qarşı münasibətin necə olduğunu göstərir:


AzVision.az 

Həmçinin oxuyun

Azərbaycanlı iş adamı əsgərimizin arzusunu reallaşdırıb – Fotolar

Azərbaycanlı iş adamı Fərid Novruzi Hadrut (Ağoğlan) qəsəbəsinin işğaldan azad edilməsində iştirak edən əsgərin arzusunu …