Bazar ertəsi , İyun 21 2021
Ana səhifə / Cəmiyyət / Azərbaycanlı alimin araşdırması “Netflix”in məşhur filmində-FOTOLAR

Azərbaycanlı alimin araşdırması “Netflix”in məşhur filmində-FOTOLAR

Dünyaca məşhur “Netflix” kino şirkəti siyasi elmlər üzrə fəlsəfə doktoru dosent, AMEA-nın əməkdaşı Zaur Əliyevin İslamın İndoneziyaya azərbaycanlı tərəfindən gətirilməsinə aid araşdırmasından istifadə edib. Araşdırmadan rejissoru və ssenaristi Monti Tiua, həmsenaristi Alim Sudion olan İndoneziya istehsalı olan “Leyla-Məcnun” filmində istifadə olunub.

Zaur Əliyev Cebhe.info-ya açıqlamasında deyib ki, film Bakıda və İndoneziyada çəkilib: “Filmdə istinad məhz İndoneziyada İslamı yayan Malik İbrahim barədə araşdırmama aiddir.

Qeyd edim ki, İslamı İndoneziyaya XIV əsrdə yaşayan və Səmərqənddən gələn Malik İbrahim adlı din xadimi gətirib. Mənbələrə görə, o, Səmərqəndə Xəzərin sahilindən, daha doğrusu, Azərbaycandan gəlib. O, Səmərqənddə islamı öyrənirdi, sonra İndoneziyaya gəldi. Beləliklə, islam İndoneziyada azərbaycanlılara görə yayılıb”.

Həmçinin oxuyun

Emin Şirinova yüksək vəzifə verildi — ƏMR

Polis mayoru Emin Şirinov Goranboy Rayon Polis Şöbəsinin xidmət üzrə rəis müavinə vəzifəsinə təyin olunub. …