Şənbə , İyun 10 2023
Ana səhifə / Cəmiyyət / Azərbaycanın keçmiş nazir müavini şirkət yaratdı

Azərbaycanın keçmiş nazir müavini şirkət yaratdı

Azərbaycanın keçmiş təhsil nazirinin müavini Məhəbbət Vəliyeva şirkət yaradıb.

“Report” xəbər verir ki, onun sahibi olduğu “Savad Mərkəzi” MMC-ni İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti dövlət qeydiyyatına alıb.
Yeni şirkətin hüquqi ünvanı Bakı şəhəri, Xətai rayonu, Xudu Məmmədov küçəsi, ev 184, mənzil 3, nizamnamə kapitalı 100 manat, qanuni təmsilçisi isə Məhəbbət Məhərrəm qızı Vəliyevadır.

M.Vəliyeva 2018-2021-ci illərdə Azərbaycanın təhsil nazirinin müavini olub.

Həmçinin oxuyun

Orxan Fikrətoğlu mədəniyyət nazirinin müşaviri təyin edildi

Dövlət Turizm Agentliyinin Milli Kulinariya Mərkəzinin rəhbəri Orxan Sadıqov (Fikrətoğlu) vəzifəsindən azad edilib.Agentlikdən Azinforum.az -a bildirilib ki, …