Şənbə , Noyabr 28 2020
Ana səhifə / Cəmiyyət / Azərbaycanın fəxri olan oğullar silsiləsindən-Vətəndən uzaqlarda Vətən

Azərbaycanın fəxri olan oğullar silsiləsindən-Vətəndən uzaqlarda Vətən


Azərbaycan Respublikası ilə xarici ölkələr arasında xoş məramlı, hərtərəfli, qarşılıqlı münasibətlərin qurulmasında respublıikamızdan kənarda yaşayan həmvətənlərimizin – Azərbaycan diasporu nümayəndələrinin müstəsna xidmətləri danılmaz həqiqətdir. Məhz bu amili nəzərə alan ümummilli lider Heydər Əliyev xaricdə yaşayan dağınıq azərbaycanlıları bir yumruq kimi birləşməyə, vahid mərkəz ətrafında təşkilatlanmağa çağırmaqla həmin ölkələrdə Azərbaycan diasporunun formalaşmasının əsasını qoymuş oldu. Bu proses ötən əsrin 90-cı illərindən start götürərək bu günümüzədək böyük bir inkişaf yolu keçmişdir. Bəli, haqqında söhbət açmaq istədiyimiz iş adamı Vaqif Məmişov da ulu öndərin bu tövsiyəsindən nəticə çıxararaq fəaliyyətini həmin istiqamətdə qurmuş, Azərbaycan diasporunun Rusiyada formalaşmasına öz layiqli töhfəsini vermiş və verməkdə olan iş adamlarından biridir. O, ümummilli lıiderin çağırışına ilk səs verənlərdən biri olduğuna görə haqlı olaraq sonsuz qürur hissi keçirir. Söhbət Sankt-Peterburqdakı Milli Mədəni Muxtariyyət Şurasının sədri, Rusiya Dəyirmi Masasının üzvü, Beynəlxalq Ekologiya və Həyat fəaliyyətinin Təhlükəsizliyi Elmlər Akademiyasının akademiki Vaqif Məmişovdan gedir. Bu adın işığına toplaşanların sayı isə minlərlədir və günbəgün artmaqdadır.

Kimdir Vaqif Məmişov?

Vaqif Məmişov əslən gürcüstanlı olsa da, Masallı rayonunda 1962-ci ildə dünyaya göz açıb. Ali təhsilə gedən yolu Leninqrad Avtomobil Nəqliyyat Texnikumundan keçib. 1988-ci ildə oranı bitirdikdən sonra Rusiya DİN-nin Sankt-Peterburq Akademiyasına daxil olur və 1999-cu ildə həmin ali təhsil ocağını müvəffəqiyyətlə başa vurur, hüquqşünas ixtisasına yiyələnir.

Vaqif Məmişovu arzularına doğru aparan ömür yolu bir çox çətinliklərdən keçməli olub. Əzmi, iradəsi, özünə inamı, üzləşdiyi həmin maneələri aşmaqda ona yardımçı olub desək, yəqin ki, səhv etmərik. Biznes fəaliyyəti ilə məşğul olmaq, özü də yad bir ölkədə heç də asan məsələ deyildi. Lakin V.Məmişovun fədakar fəaliyyəti onu arzularının çin olmasına, təkcə Rusiyada deyil, dünyada barmaqla sayılan milyonçular yox, məhz milyarderlər siyahısında yer almasına gətirib çıxarıb. Adı “Forbes” jurnalının siyahısına düşən həmyerlilərimizdən biri kimi qürur yerimizə çevrilib. Sankt-Peterburqun ən zəngin azərbaycanlı iş adamı nəzarəti altında olan sənaye müəssisələri şəbəkəsinə çoxsaylı həmyerlilərimizi cəlb etməklə də olduqca böyük, xeyirxah, həm də uzaqgörən bir addım atmış, oradakı Azərbaycan diasporunun formalaşmasının əsasını qoymuşdur.

Onun rəhbərlik etdiyi “Konrad” şirkətlər qrupu Moskva və Sankt-Peterburqun böyük sənaye müəssisələrini özündə cəmləşdirir. Eyni zamanda Rusiya prezidentinin səlahiyyətli nümayəndəsi yanında  Ekspert Şurasının üzvü kimi böyük nüfuz sahibidir. Bu o deməkdir ki, o, Rusiyanın iqtisadi inkişafına öz töhfəsini verməklə yanaşı, ölkənin iqtisadi idarəolunmasında da yaxından iştirak edir.

Sankt-Peterburq azərbaycanlılarının ağsaqqalı öz ictimai fəaliyyəti ilə hər zaman diqqət mərkəzində olub və olmaqdadır. Rusiyanın Şimal-Qərb Federal Dairəsi üzrə Ümumrusiya Azərbaycanlıları Konqresinin vitse-prezidenti Sankt-Peterburqda Azərbaycan-Rusiya əlaqələrinin möhkəmlənməsi üçün əlindən gələni əsirgəmir. O, eyni zamanda Rusiyada yaşayan həmyerlilərimizin ölkədə keçirilən seçkilərdə fəal iştirakının təmin ediməsi ilə bağlı üzərinə düşən vəzifənin öhdəsindən də layiqincə gəlməyi bacarır. Məhz bu sahədəki fədakar fəaliyyətinin nəticəsi olaraq hələ 1996-cı ildə şəhər rəhbərliyi tərəfindən “Vətən qarşısında xidmətlərə görə” II dərəcəli orden və “Sankt-Peterburqun 300 illiyi” xatirə medalı ilə təltif olunmuşdur.

 V.Məmişov ümummilli lider Heydər Əliyevlə görüşlərini hər zaman qürurla xatırlayır. Onun diaspor fəaliyyəti ilə bağlı tövsiyə və tapşırıqları V.Məmişovun bu sahədəki işinin əsas istiqamətverici qüvvəsinə, leytmotivinə çevrilib.

V.Məmişovun ürəyi harada olmasından asılı olmayaraq doğma Vətənlə – Azərbaycanla döyünür. Təsadüfi deyil ki, onun Rusiya və Azərbaycan Respublikası arasında dostluq münasibətlərinin yaradılmasındakı xidmətləri dövlət başçımız İlham Əliyev cənabları tərəfindən yüksək qiymətləndirilmiş, 16 mart 2006-ci il sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif olunmuşdur.

İki qız və bir oğul atası olan Vaqif Məmişov gərgin iş fəaliyyəti olmasına baxmayaraq doğma Azərbaycana tez-tez səfərlər edərək respublikanın ictimai-mədəni həyatında, burada keçirilən tədbirlərdə yaxından iştirak etməyə vaxt tapa bilir.

Sankt-Peterburq qubernatorunun milli məsələlər üzrə müşaviri Vaqif İmamqulu oğlu Məmişov ümummilli lider Heydər Əliyevin 2001-ci ildə Moskvaya gəlişini, Rusiya Federasiyasının prezidenti V.Putinlə birlikdə Ümumrusiya Azərbaycan Konqresinin açılışını etməsini həyatının unudulmaz anları və tarixi bir hadisə adlandırır. Heydər Əliyevin: “Harada yaşamağınızdan asılı olmayaraq siz azərbaycanlısınız” deyimi onun yaddaşına əbədi həkk olan, daim qulaqlarında səslənən müdrik ifadədir. Məqsədi, məramı Vətənə, bu amala xidmət etmək, doğma Azərbaycanın çiçəklənməsinə uzaq buzlu sahillərdən öz töhfəsini vermək Vətəndən uzaqlarda Vətən olan Vaqif Məmişovun ən başlıca məqsədi, qayəsi, məramıdır.

Azərbaycan baharısan

Başı qarlı, sis-dumanlı dağların,

Əzəməti, vüqarısan, Məmişov.

Tufan ruhlu-fırtınası, ləngəri,

Məcrasız dağ sularısan, Məmişov.

Yurd eşqidi ürəyindən asdığın,

Bir tarixdi, Borçalı ər, yazdığın,

Timsalısan sədaqətin, dostluğun,

Halallığın çaparısan, Məmişov.

Qiymətini, dəyərini el bilir,

Bəd nəzərə qənim olan mil bilir,

Qaya ruhu nə deməkdi, yel bilir,

Çox müşkülün açarısan, Məmişov.

Diləyimdi Haqdan sənə ucalıq,

Harda olsan aça sinə ucalıq,

Tanımasın, uzaq gəzsin qocalıq,

Alqış deyə Dədə ozan, Məmişov.

Arzulardı ürəyində tər bitən,

Qəlbdə sən tək var buzları əridən?

Sankt-Peterburq! Qar-buzları əridən,

Azərbaycan baharısan, Məmişov.

*******************************

Paşayev Arif Paşa oğlu, Laçın rayonu

Həmçinin oxuyun

“Bir nəfər də qalsaq, o bayraq sancılmalı idi” – XTQ giziri (VİDEO)

10 ildir Xüsusi Təyinatlı Qüvvələrdə xidmət edən gizir Rauf Qasımov İkinci Qarabağ savaşı ilə bərabər, …