Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Cəmiyyət / Azərbaycanın dərman bazarında “LEYNER” mazı təhlükəsi

Azərbaycanın dərman bazarında “LEYNER” mazı təhlükəsi

Strateq.az-a Azərbaycanın dərman bazarında təhlükəli bir tendensiyanın yaşandığı barədə məlumat verilib. Bildirilir ki, daha çox körpə uşaqların təlabatının olduğu “Leyner” adlı mazı Bakının apteklərindən tapmaq mümkün deyil.

Sayt qiyməti cəmi bir neçə qəpiyə olan mazın “qeybə” çəkilməsinin səbəbini araşdırarkən maraqlı faktları üzə çıxarıb. Gün ərzində baş vurduğumuz 20 yaxın ən böyük apteklərin heç birində “Leyner” tapa bilmədik. Adlarının çəkilməsini istəməyən aptek işçiləri bunun səbəbini belə izah etdilər:

“Həmin maza tələbat çoxdu. Hər gün soruşurlar. Əvəzləyicisi çox baha olduğu səbəbindən insanlar almır. Sözügedən maz Azərbaycanda istehsal olunur. “Leyner”in yığışdırılmasının səbəbini maza səhvən streptaçitdən ibarət başaqa tərkibin vurulması olub. Bunun da nəticəsində bir çox istifadəçilərdə mənfi fəsadlar yaranıb. Edilən şikayətlərdən sonra, mazın həqiqətən də standartlara cavab vermədiyini labarator analizlərdə də təsdiqini tapıb”.

Maraqlıdır ki, bu cür ciddi vəziyyətlə bağlı Səhiyyə Nazirliyi əhalini indiyə kimi xəbərdar etməyib. Çünki evlərdə çoxlu sayda əvvəlcədən alınan “Leyner”lər ola bilər ki, bu da insanlar üçün əsl təhlükə mənbəyidir.

Səhiyyə Nazirliyinə etdiyimiz zənglərə cavab verən olmadı.

İstərdik “Leyner”in xsusiyyətləri barədə oxuculara bir qədər məlumat verək.

Tərkibində 2,5 q bor turşusu, günəbaxan yağı, lanolin, distillə suyu var.

Bu məlhəm dərinin qıcıqlanmasını azaldır və dəriyə yumşaldıcı təsir göstərir. Məlhəmdən tək körpələr üçün yox böyüklər üçün də istifadə etmək olar. Üzdə yaranan qızartılara, səpgilərə qarşı olduqca faydalıdır.

Bundan başqa üz dərisini də yumşaldır və nisbətən parlaqlıq verir. Gün ərsində 2-4 dəfə dəriyə çəkilə bilər. Heç bir əlavə təsiri yoxdur. Apteklərdən reseptsiz almaq olar, istifadə müddəti 2 ildir.

 

Həmçinin oxuyun

“Videomu paylaşıblar, məni biabır etmək istəyirlər?” – Cahangir Əsgərov DANIŞDI

“Mən artıq təqaüdə çıxmışam. Hazırda pensiya alıram”. Bunu “Unikal”a açıqlamasında “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) …

Bir cavab yazın