Şənbə , Sentyabr 21 2019
Ana səhifə / Cəmiyyət / Azərbaycanın birinci vitse-prezidenti Moskvada LiveLife sərgisinin açılışında – FOTOLAR

Azərbaycanın birinci vitse-prezidenti Moskvada LiveLife sərgisinin açılışında – FOTOLAR

 

Aprelin 27-də Moskvada Rusiya Rəssamlıq Akademiyasının, Rusiya Çağdaş Mədəniyyət Muzeyinin, İDEA İctimai Birliyinin təşkilatçılığı ilə Azərbaycan və Rusiya rəssamlarının LiveLife (Həyatı yaşa) adlı sərgi keçirilib. Sərgidə İDEA İB-nin qurucusu, H.Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın, Məryam Ələkbərlinin, Ayla Heydərovanın, Timur Özdəmirovun, Rəhim Çopurovun, Nailə Sultanın, Viktor Semyonovun, Ustina Yakovlevanın, İlya Fedotov-Fyodorovun, Fidan Novruzovanın əsərləri nümayiş olunub.

Mərasimi Azərbaycanın birinci vitse-prezidenti, H.Əliyev Fondunun rəhbəri Mehriban Əliyeva açıb. Xanım Əliyeva iki ölkə arasında mədəni münasibətlərin tarixindən, eləcə də perspektivlərdən söz açıb. Birinci vitse-prezident bildirib ki, LiveLİfe layihəsi artıq Londonda, Parisdə, Berlində sərgilənib.

Mərasimə Azərbaycan və Rusiya ictimaiyyətinin tanınmış simaları qatılıb. Bu sırada Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov, təhsil naziri Mikayıl Cabbarov, ünlü rəssam, akademik Zurab Sereteli, Ümumrusiya Azərbaycanlıları Konqresinin rəhbəri Fazil Qurbanov, Avrasiya Xalqları Assambleyasının Yaxın Şərq Komitəsinin rəhbəri Aleksander Şapiro-Suliman, rəssam Altay Hüseynov, İlqar Hacıyev, Rusiya Dövlət Dumasının təmsilçisi İmaməli İmaməliyev də olub.

Layihənin dünyanın daha bir neçə paytaxtında da nümayişi planlaşdırılır.

 

 musavat.com

Həmçinin oxuyun

Müddətli müqavilə ilə müəllimlərin işə qəbulunun II turu başlayıb

Bu gündən 2019-2020-ci tədris ili üçün Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrinə müddətli …

Bir cavab yazın