Şənbə , Avqust 17 2019
Ana səhifə / Cəmiyyət / Azərbaycanı hədələyən terrorçu məhv edildi – FOTO

Azərbaycanı hədələyən terrorçu məhv edildi – FOTO

Fevralın 5-də “Youtube” portalında İŞİD terrorçusunun Azərbaycan xalqına ünvanlanmış videomüraciəti yayılmışdı.

 

Azinforum.az Virtualaz.org-a istinadən xəbər verir ki, terrorçu Azərbaycanı terror aktları ilə hədələyirdi.

Usama ben Ladeni yamsılayan yaraqlı iki “Kalaşnikov” avtomatının fonunda bütün Azərbaycan xalqını təhdid edirdi.

Lakin bir neçə saat əvvəl “Facebook” sosial şəbəkəsində bu terrorçunun cəsədinin fotoları yayılıb. Onun çıxışının və öldürülməsinin dəqiq tarixləri məlum deyil.

Ehtimal olunur ki, o, öz videomüraciətini sosial şəbəkələrdə yerləşdirdiyi tarixdən xeyli əvvəl hazırlayıb və bundan sonra Suriyada məhv edilib.

Həmçinin oxuyun

Arif Alışanov haqda sirlər açılır – “Bu qədər pulu necə yığıb?”

“Mən və ailə üzvlərimiz “AzTV” QSC İdarə Heyətinin sabiq sədri Arif Alışanovun törətdiyi qanunsuzluqlar, atamın …

Bir cavab yazın