Çərşənbə , Fevral 28 2024
Ana səhifə / Cəmiyyət / Azərbaycandan Həcc ziyarətinə getmək istəyənlər DİQQƏT

Azərbaycandan Həcc ziyarətinə getmək istəyənlər DİQQƏT

Qafqaz Müsəlmanları İdarəsi 2024-cü ildə Həcc ziyarətinə getmək istəyən Azərbaycanlı zəvvarlar üçün qiymətləri təyin edib.

QMİ-nin Mətbuat Xidmətindən Yenicag.az-a verilən məlumata görə, bir nəfər üçün ziyarət paketinin qiyməti 5 850 ABŞ dolları təşkil edir. Ziyarət vahid formada təşkil olunacaq və hava nəqliyyatı ilə ilə həyata keçiriləcək.

Tələb olunan sənədlər:

1. Ümumvətəndaş pasportu;

2. Şəxsiyyət vəsiqəsinin surəti;

3. 3.5 × 4.5 sm ölçüdə 2 ədəd ağ fonda çəkilmiş rəngli fotoşəkil (qadınlar tünd hicabda);

4. Sağlamlıq haqqında arayış.

Sənədlərin qəbulu 12 fevral 2024-cü il tarixdən etibarən iş günləri ərzində saat 10:00-dan 16:00-a kimi Qafqaz Müsəlmanları İdarəsinin Bakı şəhəri, Mirzə Fətəli küçəsi 7 ünvanında yerləşən inzibati binasında aparılacaq.

Həmçinin oxuyun

Qızılca və suçiçəyinə yoluxan şagirdlərə buraxılış imtahanı ilə bağlı güzəşt ediləcək?

Bu il ölkədə qızılca və su çiçəyi xəstəliyinə yoluxma halları artıb. Xəstəliyə yoluxanlar arasında məktəblilər …