Şənbə , Noyabr 28 2020
Ana səhifə / Cəmiyyət / Azərbaycanda yüksək vəzifəyə TƏYİNAT

Azərbaycanda yüksək vəzifəyə TƏYİNAT

“Kliniki Tibbi Mərkəz” publik-hüquqi şəxsə yeni direktor təyin olunub.
Oxu.Az-ın məlumatına görə, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlının əmri ilə  “Kliniki Tibbi Mərkəz” publik-hüquqi şəxsin direktoru Dadaşov Ədalət İmamcan oğlu öz xahişi ilə tutduğu vəzifədən azad edilib.
TƏBİB-in İdarə Heyəti sədrinin digər müvafiq əmri ilə tibb üzrə fəlsəfə doktoru Qafarov İlham Heydər oğlu Xəstəxananın direktoru, Məsimov Hüseyn Məcid oğlu isə direktorun müalicə işləri üzrə müavini-baş həkim vəzifəsinə təyin olunub.

Həmçinin oxuyun

“Hər iki oğlum eyni vaxtda, eyni saatda həlak olub” – Elman Məmmədov

Vətən müharibəsinin ilk günlərində cəbhəyə bərabər yollanan, çiyin-çiyinə döyüşən, eyni gündə, eyni saatda qəhrəmancasına şəhid …