Bazar ertəsi , Noyabr 29 2021
Ana səhifə / Cəmiyyət / Azərbaycanda yüksək vəzifələrə yeni təyinatlar

Azərbaycanda yüksək vəzifələrə yeni təyinatlar

“Azərbaycan” Nəşriyyatına yeni kadr təyinatları olub.

Bununla bağlı nəşriyyatın baş direktoru Leyla Güləliyeva əmr imzalayıb.

Əmrə əsasən, Rövşən Şıxlı “Azərbaycan” Nəşriyyatının baş direktorunun müşaviri təyin edilib. O, indiyədək Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı və nazirliyin sayt redaktoru işləyib.

Digər əmrlə, Anar Mustafayev nəşriyyatın baş direktorunun müavini vəzifəsinə gətirilib. O, bundan öncə “Azərmarka” MMC-nin Redaksiya və Filateliya şöbəsinin müdiri olub.

Həmçinin oxuyun

Əli İnsanovu toya buraxmadılar

Noyabrın 27-də keçmiş səhiyyə naziri Əli İnsanov toy mərasiminə buraxılmayıb. Sabiq nazir paytaxtın Xətai rayonu …