Cümə axşamı , Oktyabr 29 2020
Ana səhifə / Cəmiyyət / Azərbaycanda yeni ödəniş sistemi yaradılır – Video

Azərbaycanda yeni ödəniş sistemi yaradılır – Video

Azərbaycanda ani ödəniş sistemi yaradılacaq və bank hesablarının açılması avtomatlaşdırılacaq.

Yenilik Azərbaycan Mərkəzi Bankının bu il üçün açıqladığı prioritet istiqamətlərdə öz əksini tapıb.

Bundan əlavə ölkədə nağdsız cəmiyyətin formalaşdırılması istiqamətində fəaliyyətlər davam etdiriləcək. Bu sahədə həyata keçiriləcək ən mühüm layihələrdən biri “Ani ödəniş sistemi”nin yaradılması olacaq.

Həmçinin qeyd olunub ki, Mərkəzi Bank ölkədə pilot olaraq ilk dəfə Blokçeyn texnologiyasına əsaslanan və bank sektorunun inkişafı üçün mühüm olan Rəqəmsal İdentifikasiya Sisteminin yaradılması layihəsini həyata keçirir. Layihə nəticəsində müştəri-bank münasibətlərinin rəqəmsallaşması məqsədi ilə fiziki və hüquqi şəxslər tərəfindən məsafədən bank hesablarının açılması üzrə biznes proseslər avtomatlaşacaq.

Ekspert Firuz Manafov bildirir ki, bank hesablarının açılmasının məsafədən icra edilməsi vətəndaşların maliyyə xidmətlərində daha aktiv iştirakını təmin edəcək.

Bundan başqa maliyyə inklüzivliyinin inkişafı üzrə yeni metodların tətbiqi, o cümlədən agent bankçılıq və ödəniş agenti şəbəkəsinin formalaşdırılması, bank olmayan ödəniş xidməti təchizatçılarının assosiasiyasının yaradılması nəzərdə tutulur.

Həmçinin oxuyun

Bərdə terrorunda yaralananlar hadisənin dəhşətlərindən danışdılar – VİDEO

Oktyabrın 28-i saat 13 radələrində Ermənistan silahlı qüvvələrinin atdığı “Smerç” tipli reaktiv raket zərbəsi nəticəsində …