Ana səhifə / Cəmiyyət / Azərbaycanda yaradıcı təşkilatda şok olay- Yazıya görə işdən çıxarıldı

Azərbaycanda yaradıcı təşkilatda şok olay- Yazıya görə işdən çıxarıldı

Nazirlər Kabineti Yanında Tərcümə Mərkəzinin direktoru Afaq Məsudla kollektiv arasında yenidən qalmaqal yaşanıb.

 Azinforum.az ” AzNews.az-a istinadən xəbər verir ki, A.Məsud daha bir neçə əməkdaşı işdən uzaqlaşdırıb. Onların arasında Mətbuat və Nəşr məsələləri üzrə müşaviri, şair Fərid Hüseynin də adı var. Fərid Hüseyn sayta açıqlamasında məlumatı təsdiq edib: “Mən daha orada işləmirəm. Bir müddət öncə Tərcümə Mərkəzindən çıxmışam”. Ancaq şair işdən çıxarılmasının səbəbi barədə heç nə deməyib.
Saytın əldə əldə etdiyi məlumata görə isə onun işdən çıxarılmasının səbəbi yazdığı yazılar və verdiyi açıqlamalar olub: “Bu narazılığın həddi isə onun bir neçə gün öncə  Qafqazinfo.az saytının rəhbəri Elbrus Ərudun “Anne-annem” kitabı haqda yazısı və Lent.az-a verdiyi müsahibəsində AYB sədri Anarla bağlı müsbət fikirlərindən sonra olub”.
Mərkəzdən əlavə ediblər ki, onların xoşları gəlməyən insanları tərifləmək prinsiplərinə ziddir: “Ona qəti şəkildə tapşırılıb ki, bundan sonra verdiyi açıqlamaları və yazdığı yazıları Mərkəzlə mütləq razılaşdırmalıdır. Bununla razılaşmayan Fərid Hüseyn isə ərizə yazaraq tutduğu vəzifədən istefa verib”.
Qeyd edək ki, Fərid Hüseynin yerinə Günel Şamilqızının təyin edildiyi deyilir.
***
 Azinforum.az ” xəbər verir ki, mərkəzin aparat rəhbəri  baş verən hadisə həm də Tərcümə Mərkəzindəki anormal mühiti üzə çıxarıb. Adətən işçilərə nəzarət və onların fəaliyyətinə senzuranın tətbiq olunması qeyri-yaradıcı sahələrdə baş verir, ədəbiyyat və mədəniyyətlə bağlı sahələr isə daha çox sərbəstliyi ilə seçilir. Belə görünür ki, Afaq Məsud və onun komandası işçilərə diktator mühiti yaratmaqla ədəbiyyatda öz dəsti-xəttlərini gətirmək istəyirlər. Çünki bu başqa cür, yəni yaradıcılıqla alınmır…
 Azinforum “un əldə etdiyi məlumata görə, Tərcümə Mərkəzinin aparat rəhbəri, məşhur şair Ramiz Rövşənin qardaşı Yaşar Əliyev Fərid Hüseyni yanına çağıraraq Afaq Məsudun qərarını açıqlayıb və bildirib ki, onların düşmənləri haqda yazı yazılmamalıdır, əgər Mərkəzdə işləmək istəyirsə, bundan sonra bütün yazılarda onlarla razılaşmalıdır. Fərid hüseyn isə qoyulan şərtlə razılamayb.
Xatırladaq ki, Tərcümə Mərkəzi bir müddət əvvəl də qalmaqalla gündəmə gəlmişdi. Belə ki, Mərkəzin həftəlik mətbu orqanı olan “Aydın yol” qəzetinin baş redaktoru Fəxri Uğurlu ərizə verib işdən ayrılmışdı. Onunla bərabər qəzetin bir qrup əməkdaşı da istefa vermişdi.

Həmçinin oxuyun

Təcrübəsiz adamlar necə direktor olur? – “Dostluq, qohumluq əlaqələri…”

Son vaxtlar məktəb və kollec direktorlarının fəaliyyətində nöqsan aşkarlanması və bu səbəbdən həmin vəzifəli şəxslərin …

Bir cavab yazın