Bazar ertəsi , Noyabr 30 2020
Ana səhifə / Cəmiyyət / Azərbaycanda uşaqlara Fələk adının qoyulmasına rəsmi icazə verildi

Azərbaycanda uşaqlara Fələk adının qoyulmasına rəsmi icazə verildi

Azərbaycanda yeni doğulan körpələrə qoyulmasına icazə verilən daha bir qisim maraqlı adlar açıqlanıb.

Adlar siyahısında Fəhmil, Fərhan, Fəridəddin, Fəsaləddin kimi kişi, Fabiyə, Faimə, Fairə, Faxirə, Failə, Faqimə, Faribə, Fatikə, Fatmabadam, Faya, Fəqamət, Fəqannisə, Fəqumə, Fələk, Fənar, Fəsanə, Fəvranə, Fiqurə, Filyar kimi qadın adları yer alıb.

Valideynlər Girami, Göylər, Göyruh, Göysaf, Güliddin kimi kişi, Gaviyə, Gəlingül, Gənçay, Gərəkməz, Gilənaz, Giləbacı, Giləxanım, Giləzər, Görgün, Göygöz, Gözəlçə, Gülab, Gülaçar, Gülağız, Gülavuş, Gülerkən, Güləş, Gürzəbəyim kimi qadın adları da qoya bilərlər.

Adlar siyahısında Hadis, Hafiq, Hakif, Halik, Havasət, Heybətulla, Həmrah kimi kişi, Həmra, Hərgül, Hərifə, Həzarə, Hurə, Hürzad, Hüveyda, Hübubət, Hüzürə kimi qadın adları da qeyd olunub.

Körpələrə Xanbudaq, Xangiz, Xanqalı, Xanzər, Xası, Xeyirbəy, Xəyyad, Xislət, Xilqət, Xudadad, Xudan, Xudanəzər, Xuday, Xuduş kimi kişi, Xalani, Xallınur, Xamirə, Xanana (Böyük ana), Xanı, Xatimə, Xabirə, Xəyalət, Xırdapay, Xonça, Xubu, Xurazar kimi qadın adları da qoyula bilər. (Report)

Həmçinin oxuyun

Son damla qanına qədər Kəlbəcərdə qalmalı olan keşiş dabanına tüpürüb İrəvana qaçdı

Erməni xalqı cəbhədə və masa arxasındakı rüsvayçı məğlubiyyətdən bütün müstəvilərdə öz nəsibini alır. Xalq olaraq …