Çərşənbə axşamı , Yanvar 26 2021
Ana səhifə / Cəmiyyət / Azərbaycanda uşaqlara ən çox qoyulan 10 ad – Statistika

Azərbaycanda uşaqlara ən çox qoyulan 10 ad – Statistika

Ötən il ərzində Azərbaycanda qız və oğlan uşaqlarına ən çox qoyulan 10 ad müəyyənləşib.

Ötən il ərzində qızlara ən çox verilən ad Zəhra olub. Keçən il 2468 qıza Zəhra adı verilib.

Ümumilikdə, 2019-cu ildə qızlara qoyulan ən məşhur 10 ad Zəhradan sonra Zeynəb (1706), Məryəm (1603), Aylin (1587), Nuray (1545), Fatimə (1452), Mələk (1415), İnci (1111), Dəniz (1087), Nilay (1008) olub.

2019-cu ildə oğlanlara ən çox qoyulan ad Yusif olub. Həmin ildə 2464 oğlan uşağına Yusif adı verilib.

Keçən il oğlan uşaqlarına ən çox qoyulan 10 ad Yusifdən sonra Əli (2262), Hüseyn (1977), Uğur (1921), Ömər (1424), Məhəmməd (1311), Murad (1305), Ayxan (1061), Tunar (920), Raul (799) olub. Trend

Həmçinin oxuyun

Daşaltı: 29 ildən sonra baş tutan qisas — VİDEO

Baku TV-də yayımlanan “Qarabağ xronikası” verilişinin dördüncü buraxılışı efirə gedib. Verilişin aparıcısı, hərbi jurnalist Fərdin …