Çərşənbə , Oktyabr 21 2020
Ana səhifə / Cəmiyyət / Azərbaycanda turizm mövsümü bu tarixdən açılacaq

Azərbaycanda turizm mövsümü bu tarixdən açılacaq

“Karantin bitən günün səhəri Azərbaycanda yeni turizm mövsümü başlayacaq. Əgər karantin mayın 31-i bitərsə iyunun 1-dən turizm mövsümü açıq elan olunacaq”.

Sputnik Azərbaycan-ın məlumatına görə, bu sözləri Dövlət Turizm Agentliyinin Mətbuat xidmətinin rəhbəri Kənan Quluzadə müsahibəsində deyib. O, bildirib ki, koronavirus pandemiyasının turizmə təsiri uzunmüddətli olacaq: “Pandemiya bitdi, turizm dərhal özünə gəldi, bu, belə olmayacaq. Bu, müəyyən vaxt tələb edəcək. Çünki, turizmin bərpası bütün dünyada yeni kriteriyalarla və yeni psixoloji fonda olacaq. Bu gün dünyada turizm demək olar ki, sıfırlanıb. Hazırda start vəziyyətdədirlər. Hal-hazırda biz də hazırlıq mərhələsindəyik. Biz ümumən turizmin bərpasını və inkişafını dörd mərhələdən görürük. Biz hazırda birinci mərhələdəyik. Artıq xarici və daxili bazarda necə işləyəcəyimizi qurmuşuq. Biz xarici bazarlarda işimizi saxlamamışıq. Priotet bazarlarda onlayn formata keçmişik. Nümayəndəliklərimiz fəaliyyətini davam etdirir. 7 ölkədə turizm nümayəndəliyimiz var”.

K.Quluzadə deyir ki, sərhədlər ilkin mərhələdə ən yaxın qonşularla açılacaq: “Turizmin bir xüsusiyyəti var ki, hər dəfə böhrandan sonra sıçrayışla inkişaf edir. Hazırda biz iki platformada işləyirik. İndiki əsas priotet daxili turizmin inkişafıdır. Artıq daxili turizm dövlət tərəfindən priotet istiqamət kimi müəyyənləşib. Karantindən əvvəl də biz daxili turizmlə bağlı  “Macəra yaxındadır” kampaniyasını başlatmışdıq. Yaxın zamanlarda xarici ölkələrə getmə və gəlmə turizmi olmayacaq, olsa da cüzi olacaq. Ona görə də biz əsasən daxili turizmin inkişafına köklənmişik. Burada əsas məsələ o insanların sağlamlığının təminatıdır. Ona görə də, postkarantin dövrü üçün “SAHMAN” adlı proqram hazırlanıb. Bunun üçün təlimlər keçiriləcək.  SAHMAN-ın leyblını görən turistlər artıq arxayn olacaqlar ki, gigiyenik tələblər tam qorunur. Bu birinci mərhələdir. İkinci mərhələdə turizm məkanları insanların ixtiyarına veriləcək. Üçüncü mərhələ sərhədlərin açılması ilə bağlı olacaq. Heç şübhəsiz ki, tezliklə sərhədlər açılmayacaq. Gözlənilir ki, ən yaxın qonşularla sərhədlər açılacaq. Dördüncü mərhələdə sərhədlər bütün dünya üçün açılacaq”.

K.Quluzadə daxili turizmdə qiymətlərin aşağı olacağını da vurğulayıb: “Daxili turizmdə qiymətlər aşağı olmalıdır. Çünki koronavirus pandemiyası səbəbindən dünya əhalisinin gəlirləri azalıb. Pandemiya insanların ailə büdcələrinə, iqtisadiyyata zərbə vurub. Pandemiyanın yaratdığı böhrandan sonra yüksək qiymətlə heç bir xidmət satıla bilməz. Qiymətlər tələb-təklif əsasında formalaşacaq. Dövlət qurumu olaraq biz qiymətlərə müdaxilə edə bilmərik. Yalnız tövsiyə edə bilirik. Əslində istirahət və səfər insanın gündəlik tələbatı deyil. Turizm biznesdir. Xidməti satan da, alan da öz mənafelərini qoruyur. Hərə öz büdcəsinə uyğun olaraq bunu etməlidir. Amma “Macəra yaxındadır” kampaniyası elə daxili turizmdə qiymətlərin əlçatan olması üçün hesablanıb. Bu kampaniyaya artıq qoşulan turizm şirkətləri, otellər var”.

Həmçinin oxuyun

Əliyar Əliyev və Mais Bərxudarovun – FOTOSU

Azərbaycanın Milli Qəhrəman Əliyar Əliyevin yeni fotosu yayılıb.  Fotoda hazırda Qarabağda döyüş meydanında olan general-mayor …