Çərşənbə axşamı , Yanvar 22 2019
Ana səhifə / Cəmiyyət / Azərbaycanda sürücü azyaşlıları baqajda daşıdı – ŞOK VİDEO

Azərbaycanda sürücü azyaşlıları baqajda daşıdı – ŞOK VİDEO

Şəmkirdə sürücü avtomobilin yük yerinə üç azyaşlını yerləşdirib.
Unikal.org-un xəbərinə görə, görüntüləri “Xəzər TV” yayıb.
Kadrlardan aydın olur ki, “57 BH 291” dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü salonda yer olmadığından yük yerinə üç azyaşlı oğlan uşağını mindirib.
Uşaqların həyatını təhlükəyə atan sürücü, bu vəziyyətdə yolda bir neçə kilometr hərəkətdə olub.
O, hətta uşaqlara hava gəlsin baqajın qapısını açıq qoyub.
Uşaqlar isə arxadan gələn sürücünün onları çəkdiyini görən kimi əl etməyə başlayıblar.
VIPedu.BIZ

Həmçinin oxuyun

Naxçıvanda Dövlət Xidmətinin rəisi vəzifəsindən azad edildi

Vasif Talıbov yanvarın 21-də bununla bağlı fərman imzalayıb. Səxavət İbrahim oğlu Salmanov Naxçıvan Muxtar Respublikası …