Çərşənbə axşamı , Aprel 23 2019
Ana səhifə / Cəmiyyət / Azərbaycanda qızıl axtardılar, qədim abidə çıxdı – VİDEO

Azərbaycanda qızıl axtardılar, qədim abidə çıxdı – VİDEO

Tovuzda naməlum şəxslər dağın ətəyində qazıntı işləri aparıblar. Qazıntının qızıl tapmaq məqsədilə aparıldığı iddia edilir. Lakin qazıntılar zamanı daha dəyərli hesab edilə biləcək materiallar tapılıb.

Həmin ərazidə Qafqaz Albaniyası dövrünə aid qəbir daşları, qədim quyular və şəhərcik qalıqları aşkar edilib. Dağətəyi ərazidə alban mədəniyyətinə aid bir çox abidənin izləri də var.

Söhbət Tovuz rayonunun Məşədilər kəndindən gedir. Yerli sakinlərin sözlərinə görə, bu ərazi qədim yaşayış məskəni olub. Qəbir daşları olduğu güman edilən sal daşlarının üzərində ucları yarpağa oxşayan xaç işarələri həkk edilib. Bu cür xaçlar isə qədim alban mədəniyyətində mövcud olub. Dağın ucqar hissəsində, sıldırımlı qayaların arasında şəhərcik də yerləşib.

Sakinlərin sözlərinə görə, 1980-ci ildən 1988-ci ilə kimi ermənilər üzdə olan bu cür abidələrin üzərindəki xaçların formasını dəyişməyə cəhd ediblər. Lakin sakinlər bu məkrli addımı anlayaraq bu cəhdin qarşısını alıblar.

Həmçinin oxuyun

Azərbaycanda bioloji viruslar harada saxlanır

Paytaxtın Nizami rayonunda, Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun cəmi bir neçə metrliyində dörd bir yanı dəmir …