Bazar ertəsi , May 20 2024
Ana səhifə / Cəmiyyət / “Azərbaycanda qadınları işə götürəndə…” – Tanınmış yazıçı görün nələr danışdı…

“Azərbaycanda qadınları işə götürəndə…” – Tanınmış yazıçı görün nələr danışdı…

Bütün ölkələrdə olduğu kimi Azərbaycanda da iş həyatında qadınlara kişilərdən daha çox güzəşt və üstünlük verilir. Bəzi iddialar var ki, qadınları savadına yox, xarici görünüşünə görə qiymətləndirirlər. Üstünlük və güzəştlər də bu səbəbdən qadınlara daha çoxdur. 

Məsələ ilə bağlı “Yeni Sabah”a danışan tanınmış yazıçı Seyran Səxavət sözügedən iddiaları belə cavablandırıb: 

“İşə götürəndə qadınlarla kişilərə fərq qoyurlar. Bu fərq indilik bir məsələ deyil. Allah yaradanda o böyük fərqi ortaya qoyub. Ona görə bu fərq həmişə olacaq. Əgər qadınlar həqiqətən də daha çox diqqət göstərirlərsə, buna ancaq sevinmək lazımdır. Burada müəyyən qədər centilmenlik də var. Bu da sirr deyil ki, Azərbaycanda qadınları işə götürəndə göstərdikləri diqqət bir az Azərbaycansayağıdır. Yəni qadının boy-buxununa, sir-sifətinə baxırlar. Xarici görünüşünə fikir verirlər. “JEK”də bir xanım işə götürürlərsə, onun bacarığına baxılmalıdır, xarici görünüşünə yox. Amma burada da onun gözəl olub-olmadığına diqqət edirlər”. 

Yazıçı belə məsələlərdə çox dərinə getməyin lazım olmadığını bildirib: 

“Azərbaycanda qadınlara olan diqqət və qayğı bu xalqın kübarlığından, möhtərəm olmağından irəli gəlmir. Mən dediyim məsələlər bu mövzunun 90 faizini təşkil edir. Bu bizdə həmişə olub və olacaq. Çünki bu bizim xislətimizdə var. Mənim bir nənəm var idi. Qalalı qızı idi, Şuşadan idi. O deyirdi ki, evdə adamın pişiyi də gərək qəşəng olsun. Bizdə bu məqam da var. Ancaq bu mövzular bir az qarışıqdır. Çox da dərinə getmək olmaz”. 

Həmçinin oxuyun

“Azərbaycanlı gənclər dünyanın ən nüfuzlu universitetlərində oxuyur” – Emin Əmrullayev

Dövlət təqaüdü ilə təhsil alan azərbaycanlı gənclər dünyanın ən nüfuzlu universitetlərində oxuyur. Azərbaycanın Britaniyadakı Səfirliyindən “Report”a …