Çərşənbə , Oktyabr 20 2021
Ana səhifə / Cəmiyyət / Azərbaycanda qəribə toy: Bəyin 12, gəlinin isə 14 yaşı var (FOTO)

Azərbaycanda qəribə toy: Bəyin 12, gəlinin isə 14 yaşı var (FOTO)

Yevlax rayon Cirdaxan kəndində qeyri-adi toy keçirilib.
Sosial şəbəkələrdə toydan foto paylaşılıb və qeyd edilib ki, bəyin 12, gəlinin isə 14 yaşı var. Evlənən cütlüyün yaşının az olması isə sosial şəbəkə istifadəçilərinin narazılığına səbəb olub.
Azinforum.az xəbər verir ki, məsələ ilə bağlı Cirdaxan Bələdiyyə sədri Qiyas Həsənov unikal.org-a açıqlama verib. O, həmin toyun bələdiyyə sədri olduğu kənddə deyil, rayonun başqa ərazisində baş tutduğunu qeyd edib:
“Yayılan fotodan xəbərimiz var. Sözügedən toy bizim kənddə olmayıb. Həmin toy rayonun başqa ərazisində, qaraçılar yaşayan ərazidə baş tutub. Məndə olan məlumata görə, o şəkil qaraçı toyunda şəkilib”.

Həmçinin oxuyun

Vəfat edən birinci sinif şagirdinin anası danışdı: Analizlərin cavabını yandırmışam – VİDEO

Bakıda birinci sinif şagirdi vəfat edib. Sosial şəbəkələrdə yayılan məlumatlarda məktəblinin koronavirusdan dünyasını dəyişdiyi deyilirdi. …