Çərşənbə axşamı , Avqust 3 2021
Ana səhifə / Cəmiyyət / Azərbaycanda qəbiristanlıq əraziləri bələdiyyənin ixtiyarına verilir

Azərbaycanda qəbiristanlıq əraziləri bələdiyyənin ixtiyarına verilir

Azərbaycanda qəbiristanlıq əraziləri bələdiyyələrin ixtiyarına verilir, qəbiristanlıq üçün nəzərdə tutulmuş torpaqlar bələdiyyə mülkiyyətinə verilməsi təklif olunur.

APA-nın məlumatına görə, bununla bağlı “Torpaq islahatı haqqında” qanunun 7-ci (Bələdiyyə torpaqları) maddəsinə əlavə təklif olunur.

Layihəyə görə, bələdiyyə torpaqlarına aid edilən ərazilər siyahısına qəbiristanlıqlar da əlavə edilir.

Layihə Milli Məclisin mayın 1-də və 4-də keçiriləcək ardıcıl plenar iclaslarından birində müzakirəyə çıxarılacaq.

Həmçinin oxuyun

Rasim Balayev Kino Günündən danışdı: “Köhnə sənətkarlar öldü, yeniləri yetişmədi“

Bu gün Azərbaycan kinosunun yarandığı gündür. Ümummilli lider Heydər Əliyevin 2000-ci il 18 dekabr tarixli …