Çərşənbə axşamı , Oktyabr 27 2020
Ana səhifə / Cəmiyyət / Azərbaycanda qəbirdən cadu çıxdı (VİDEO)

Azərbaycanda qəbirdən cadu çıxdı (VİDEO)

Baba və nənəsinin məzarlarını ziyarət edən nəvənin rastlaşdığı mənzərə onu heyrətləndirib.
Belə ki, paytaxt sakini Fazil Əliyev qəbrin ayaq hissəsindəki torpağın yumşaq olmasından şübhələnib. Torpağı qazdıqda isə oradan müxtəlif əşyalar çıxıb.
Maraqlıdır ki, qəbrin yanında basdırılan bu əşyaların hamısı təzə olub. Naməlum şəxs hər iki qəbrin ayaq tərəfində ayrı-ayrılıqda eyni əşyaları basdırıb.
Fazil Əliyev bu addımın cadu məqsədilə atıldığını iddia edir.
Fazil Əliyev deyir ki, belə bir niyyətə baba və nənəsinin qəbrinin alət edilməsi onu narahat edir.
Bülbülə və Bakıxanov qəsəbələrinə məxsus böyük qəbiristanlıqda çəkiliş apardığımız müddətdə bir nəfər də olsun mühafizəçiyə rast gəlmədik.

Həmçinin oxuyun

İşğaldan azad edilən Vəng kəndinə yeni ad veriləcək

Bu gün Milli Məclisin plenar iclası keçiriləcək. “Azərbaycan Respublikasının Xocavənd rayonunun Vəng kəndinin Çinarlı kəndi …