Cümə , Oktyabr 23 2020
Ana səhifə / Cəmiyyət / Azərbaycanda pul nişanları daha təhlükəsiz konteynerlərdə daşınacaq

Azərbaycanda pul nişanları daha təhlükəsiz konteynerlərdə daşınacaq

“Xarici təcrübədə pul nişanları daha təhlükəsiz konteynerlərdə daşınır. Bundan başqa, onlar xüsusi rənglə nişanlanır və oğurlandıqda avtomatik yararsız olur”.
“Report” xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) “Tədavülə yararsız milli pul nişanlarının əlamətlərinin müəyyən edilməsi, dəyişdirilməsi və pulların ekspertizası Qaydaları”nı şərh edən qurumun Nağd pul departamentinin direktoru Adışirin Qasımov deyib.
Onun sözlərinə görə, Azərbaycanda da oxşar təcrübə tətbiq olunacaq: “Bununla bağlı fəaliyyətimizi Maliyyə Bazarlarına Nəzarət Palatasına təqdim etmişik və bank sektorunun mövqeyini gözləyirik”.

Həmçinin oxuyun

Zəngilanda üzərinə bayraq sancılan prokurorluq binası ilə bağlı məlumatlar

Oktyabrın 20-də kütləvi informasiya vasitələri və sosial şəbəkələrdə Zəngilan şəhəri və ətraf əraziləri işğaldan azad …