Bazar , Fevral 25 2024
Ana səhifə / Cəmiyyət / “Azərbaycanda Prezident seçkiləri 7 ildən bir keçiriləcək, həmişə də İlham Əliyev seçiləcək”

“Azərbaycanda Prezident seçkiləri 7 ildən bir keçiriləcək, həmişə də İlham Əliyev seçiləcək”

“Elə bir adam yoxdur ki, cənab İlham Əliyevdən yaxşı prezident olsun. İlham Əliyevin gördüyü işlərə, hərtərəfli fəaliyyətinə görə ona alternativ yoxdur. Əliyev seçiləcək. Mən də ona səs verəcəyəm”.

Bu sözləri Pravda.az-a açıqlamasında Xalq artisti Rasim Balayev deyib.

R.Balayev 7 fevral növbədənkənar prezident seçkilərinə namizədliklərini irəli sürənlərə isə belə deyib: “Namizədliklərini irəli sürənlər elə-belə, havayı şeydir. Bugünkü reallıq budur ki, İlham Əliyevdən başqa Prezidentliyə heç bir namizəd ola bilməz”.

O, dövlət başçısı İlham Əliyevin ömürlük prezident seçilməsi barədə fikirlərə də münasibət bildirib: “Niyə ömürlük olsun? Birdəfəlik Prezident olsa, onda dünya ictimiayyətində belə fikir yaranar ki, Azərbaycanda totalitarizmdir. Prezident seçkiləri yeddi ildən bir keçiriləcək, həmişə də İlham Əliyev seçiləcək, ömrünün axırına kimi…”

Həmçinin oxuyun

“Qara qaya yaxınlığında dəhşətli mənzərənin şahidi olduq” – Keçmiş döyüşçü

1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı qüvvələri keçmiş sovet ordusunun Xankəndi şəhərində …