Bazar ertəsi , Aprel 22 2019
Ana səhifə / Cəmiyyət / Azərbaycanda partizan hərəkatı yarana bilər: “İmza toplanır”

Azərbaycanda partizan hərəkatı yarana bilər: “İmza toplanır”

“Biz belə bir məsələ qaldıracağıq ki, qanunvericilik təşəbbüsü üçün 40 min imza toplayaq, partizan hərəkatı haqqında Milli Məclisə qanun layihəsi verək. Məqsədimiz odur ki, həmin qanun layihəsi parlamentdə müzakirə edildikdən sonra qəbul olunsun”.

Bunu ADP sədri Sərdar Cəlaloğlu“Hürriyyət”ə müsahibəsində deyib. O, bildirib ki, iqtidar özü bilər nə danışıqlar aparırsa aparsın, lakin Azərbaycan xalqı olaraq Konstitusiya və beynəlxalq hüquqa əsasən öz torpaqlarımızı erməni işğalından azad edək: “Çünki bizim başqa yolumuz qalmayıb. Azərbaycan xalqı bilməlidir ki, bu danışıqlarda Qarabağı addım-addım ermənilərə vermək siyasəti aparılır. Yəni ermənilər torpaqları alır və bizim tərəfi də verməyə məcbur edir. 
Tonoyan açıq şəkildə deyir ki, biz müharibə edib əlavə əraziləri işğal edəcəyik, Bakıya qədər gələcəyik, Azərbaycan hökuməti isə atəşkəs rejiminin möhkəmləndirilməsi ilə bağlı hansısa sazişə imza atır. İqtidar guya öz aləmində böyük bir siyasət aparır. Beləliklə, artıq Azərbaycan xalqı başa düşməlidir ki, bizim hökumətin Dağlıq Qarabağı erməni işğalından azad etmək fikri yoxdur, Rusiya buna imkan vermir. Onu da qeyd edim ki, Kremlin bizim hökumətin üzərində çox böyük təsiri, basqısı var. Azərbaycan hökuməti isə daxildə yanlış siyasət apardığına görə, xalqdan da qorxur. Ona görə də təslimçi siyasət aparır. Burdan da görünən odur ki, öz maraqları naminə xalqın və dövlətin strateji maraqlarını qurban vermək siyasəti aparılır. Hesab edirəm ki, Azərbaycan Müdafiə Nazirliyi Tonoyanın bəyanatına dərhal sərt formada alternativ cavab verməli idi”.
S. Cəlaloğlu deyib ki, Azərbaycan xalqı bilməlidir ki, Dağlıq Qarabağ məsələsində kifayət qədər təhlükəli məqama gəlib çıxmışıq. Ona görə də işğal altındakı torpaqlarımızı azad etmək üçün rəsmi şəkildə deyil, qeyri-rəsmi şəkildə azad etməyə hazırlaşmalıyıq: “Bunu qanunvericiliklə həll etmək mümkündür. Hesab edirəm ki, Azərbaycan xalqı partizan hərəkatına başlamalıdır. Qeyd etdiyim kimi, bu yaxınlarda imza toplayıb təşəbbüs qaldıracağıq ki, Qarabağın azad edilməsi məqsədiylə partizan hərəkatının, o cümlədən könüllülərdən ibarət hərbi hissələrin yaradılması ilə bağlı qanun qəbul edilsin. Bir çox ölkələrdə bu cür rezerv ordular var ki, onlar rəsmi ordu deyil, lakin ehtiyac yarandıqda aktiv savaşa qatılırlar. Bu halda, nədən Azərbaycanda da könüllülər ordusu olmamalıdır?! Bir önəmli məqamı da qeyd edim ki, dünya təcrübəsi də göstərir ki, rəsmi orduların görə bilmədiyi işləri partizan hərəkatları görə bilir. Odur ki, artıq biz də partizan hərəkatına başlamalıyıq. Bunun başqa yolu yoxdur”.

Həmçinin oxuyun

zərbaycanda bioloji viruslar harada saxlanır

Paytaxtın Nizami rayonunda, Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun cəmi bir neçə metrliyində dörd bir yanı dəmir …