Şənbə , Yanvar 19 2019
Ana səhifə / Cəmiyyət / Azərbaycanda orta ömür müddəti açıqlandı

Azərbaycanda orta ömür müddəti açıqlandı

“Azərbaycanda son illərdə, 2011-ci ildən 2017-2018-ci ilə qədər ölənlərin sayı artmayıb, ancaq doğuşun həcmi azalıb”.

Bunu oxu.az-a açıqlamasında Milli Məclisin (MM) Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli deyib.

O qeyd edib ki, doğum göstəricilərinin aşağı olması valideynlərin, xüsusilə gənc ailələrin bir, ən yaxşı halda iki uşağa üstünlük verməsi ilə bağlıdır.

“Yəni, nəticə etibarı ilə doğum azalır, amma ölüm də artmır, insanların ömrü ilbəil uzanır. Bununla həm də insanların orta ömrü artmış olur”, – komitə sədri bildirib.

Deputat qeyd edib ki, bu gün Azərbaycanda orta ömür müddəti 75,2 ildir.

VIPedu.BIZ

Həmçinin oxuyun

Azərbaycanın fəxri olan oğullar silsiləsindən-Vətəndən uzaqlarda Vətən

Azərbaycan Respublikası ilə xarici ölkələr arasında xoş məramlı, hərtərəfli, qarşılıqlı münasibətlərin qurulmasında respublıikamızdan kənarda yaşayan …