Cümə , Dekabr 4 2020
Ana səhifə / Cəmiyyət / Azərbaycanda növbəti hərbi xidmətə çağırış təxirə salına bilər? – AÇIQLAMA

Azərbaycanda növbəti hərbi xidmətə çağırış təxirə salına bilər? – AÇIQLAMA

Koronavirus təhlükəsinin yayıldığı bir sıra ölkələrdə, o cümlədən qonşu Gürcüstanda hərbi xidmətə çağırış müvəqqəti təxirə salınıb. Digər ölkələrdə bu addımın atılması Azərbaycanda da yaxınlaşan növbəti hərbi xidmətə çağırışın müvəqqəti təxirə salınması barədə təkliflər ortaya atılıb.
Bu barədə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindən Modern.az-a verilən məlumata görə, məsələ haqqında qərar Xidmətin səlahiyyətlərinə aid deyil: ““Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə ölkəmizin vətəndaşları müddətli həqiqi hərbi xidmətə ildə dörd dəfə – yanvar, aprel, iyul və oktyabr aylarının 1-dən 30-dəkçağırılırlar.
Koronavirus infeksiyasının Azərbaycan ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması, profilaktik və təxirəsalınmaz tədbirlərin operativ həyata keçirilməsi məqsədilə Nazirlər Kabinetininyanında aidiyyəti dövlət orqanlarının və qurumlarının rəhbər şəxslərindən ibarət qərargah fəaliyyət göstərir.
Lakin bildirmək istərdik ki, vətəndaşların müddətli həqiqi xidmətə çağırış prosesinin təxirəsalınması Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin səlahiyyətlərinə aid deyil”.
Qeyd edək ki, Prezident İlham Əliyev fevralın 28-də Azərbaycan Respublikası vətəndaşlarının 2020-ci il aprelin 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında Sərəncam imzalayıb. Sərəncama görə, 2002-ci ildə doğulmuş və çağırış gününədək (həmin gün də daxil olmaqla) 18 yaşı tamam olmuş, habelə 1985–2001-ci illərdə doğulmuş, yaşı 35-dək olan, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmət keçməmiş, müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ olmayan və ya müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilməmiş Azərbaycan Respublikası vətəndaşları 2020-ci il aprelin 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılacaqlar.

Həmçinin oxuyun

Qarabağ qazisinin bu videosu hər kəsi kövrəltdi (VİDEO)

Birinci Qarabağ müharibəsinin iştirakçısı Qəmbərov Rauf Rəfi oğlunun Qarabağın işğaldan azad olunması ilə bağlı hərbi …