Cümə axşamı , Yanvar 21 2021
Ana səhifə / Cəmiyyət / Azərbaycanda nə qədər maşın var? – AÇIQLAMA

Azərbaycanda nə qədər maşın var? – AÇIQLAMA

Ötən il Azərbaycanda 60 minə yaxın şəxs sürücülük vəsiqəsi alıb.

Baş Dövlət Yol Polisi İdarəsindən verilən məlumata görə, qurumun əməkdaşları tərəfindən ötən il ərzində hüquqi və fiziki şəxslərə məxsus olan nəqliyyat vasitələrinin qeydiyyatı, təkrar qeydiyyatı, qeydiyyatdan çıxarılması, sürücülük vəsiqələrinin verilməsi üzrə vətəndaşların, idarə, müəssisə və təşkilatların nümayəndələrinin qəbulu aparılıb.

Bundan başqa 13 min 891 avtomobil ilkin qeydiyyata alınıb, 59 min 293 nəfərə ilkin sürücülük vəsiqəsi verilib. Respublikanın avtomobil parkında nəqliyyat vasitələrinin sayı 1 milyon 359 min 919 olub.

Həmçinin oxuyun

Məktəblər ikinci yarımilin əvvəlində açılacaqmı? – AÇIQLAMA

Bu gün təhsil prosesində təmsil olunan hər kəsi məktəblərdə və universitetlərdə ənənəvi təhsil formasının sərt …