Cümə , Fevral 3 2023
Ana səhifə / Cəmiyyət / Azərbaycanda məşhur general-leytenant pensiyaya göndərildi – AÇIQLAMA

Azərbaycanda məşhur general-leytenant pensiyaya göndərildi – AÇIQLAMA

FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin sərəncama götürülən rəisi,  general-leytenant Şahmar Paşayev pensiyaya göndərilib.

Bu barədə Manset.az-a açıqlamasında generalın özü məlumat verib. 

“Mən hazırda pensiyadayam,  Kəmaləddin Heydərov məni pensiyaya göndərib.Fövqəladə Hallar Nazirliyindən uzaqlaşmışam. 7 ildir işləyirdim, indi istirahət edirəm. İstirahət edəcəm, sonra baxım görüm nə edirəm.”

Qeyd edək ki, Şahmar Paşayev ölkədə nüfuzlu generallardandır. O uzun illər polis orqanlarında çalışıb. Bakı Şəhər Baş Polis Idarəsinin rəis müavini, Şamaxı, Yasamal, Şirvan və Salyan rayonlarının polis rəisi vəzifələrində işləyib.

Həmçinin oxuyun

Zakir Qaralov 5 min manat pensiya alır

Azərbaycanın sabiq baş prokuroru Zakir Qaralovun aldığı pensiya məbləği bəlli olub. Bu barədə Gununsesi.info-nun araşdırmazı …