Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Cəmiyyət / Azərbaycanda məmur yaşlı kişini təhqir edib, videoya çəkdi

Azərbaycanda məmur yaşlı kişini təhqir edib, videoya çəkdi

Saatlıda məmurun, qəbuluna gələn yaşlı şəxslə qeyri-etik rəftarını əks etdirən videogörüntülər yayılıb.
BakiPost.az xəbər verir ki, sosial şəbəkədə yayılan görüntülərin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Saatlı rayon Məşğulluq Mərkəzinin direktoru Bayram Mikayılovun kabinetində çəkildiyi bildirilir. Məlumata görə, Saatlı rayon sakini, 2 aydır, müavinətini ala bilməyən Allahyarov Elşən Mehdiqulu oğlu Bayram Mikayılovun qəbuluna gəlib və ondan kömək istəyib.
Görüntülərdə, yaşlı vətəndaşın nəvəsinin aylardır ki, mavinətini ala bilmədiyindən şikayət etməsi əks olunub. O, yaxşı eşitmədiyindən səsini yüksəldərək danışdığını bildirir. Lakin B. Mikayılov onun üstünə qışqıraraq “Lotuluq edirsən? Kar var burda? “Zatknis”” deyərək təhqir edir.
Yaşlı kişi aclıqdan başının gicəlləndiyini deyəndə isə direktor ona “o dünyada sənə “qaib” qoyurlar ey” deyir.
Sözügedən videogörüntüləri təqdim edirik:

Həmçinin oxuyun

“Deyirlər ki, təzə rəhbərlik xətrinə dəyib” – VİDEO

Vəfat edən ölkənin sabiq baş pediatrı, tibb elmləri doktoru, professor Nəsib Quliyevin iş yoldaşı hadisə …

Bir cavab yazın