Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Cəmiyyət / Azərbaycanda Məhərrəmlik başladı

Azərbaycanda Məhərrəmlik başladı

Bu gündən Məhərrəm ayı başlayıb.

Virtualaz.org-un məlumatına görə, Qafqaz Müsəlmanları İdarəsi (QMİ) Qazılar Şurasının fətvasında bildirilir ki, yeni Hicri 1439-cu ilin başlanğıcı – Məhərrəm ayının 1-i Miladi təqvimlə 2017-ci il sentyabr ayının 22-nə təsadüf edir.
Aşura günü oktyabrın 1-nə düşür. Oktyabrın 21-dən isə Səfər ayı başlayacaq.
Qeyd olunub ki, Aşura mərasimləri, mövcud qanunvericiliyə əsasən, məscidlərdə, ibadət ocaqlarında və onlara aid ərazilərdə ictimai asayiş qaydalarına riayət olunmaqla keçirilməlidir.
Fətvada o da bildirilir ki, son illər təziyə günlərində QMİ-nin təşəbbüsü ilə gerçəkləşən qanvermə aksiyalarının təşkili ən münasib əzadarlıq nümunəsidir və bu humanist ənənə davam etdiriləcək.

Həmçinin oxuyun

Əmrullayevin gülməli QƏBUL ŞOUSU – Rəsmi qəbullar, yoxsa gözə kül üfürmək…

“Ötən aydan deyirdilər ki, nazir bu tərəflərə gələcək, vətəndaşları qəbul edəcək. Mən də fürsəti əldən …

Bir cavab yazın