Çərşənbə , Noyabr 21 2018
Ana səhifə / Cəmiyyət / Azərbaycanda keçmiş deputatın evində dəhşət yaşandı – FOTO

Azərbaycanda keçmiş deputatın evində dəhşət yaşandı – FOTO

Bərdə rayonunda məskunlaşan Sosialist Əməyi Qəhrəmanı, Azərbaycan SSR Ali Sovetinin 5-ci, 6-cı çağırışlarında deputat olmuş məcburi köçkün, Laçın rayon sakini Şərqiyyə Vəliyevanın yaşadığı ünvanda həyəcan yaşanıb.

Bu barədə danışan Şərqiyyə Vəliyevanın qızı Aybəniz Vəliyeva bildirib ki, evdə ilanı beş yaşlı qardaşı nəvəsi Vidadi görüb. “İyunun 27-si idi. Saat 6 olardı. Qardaşım oğlu işdən gəlib paltarını dəyişirmiş. Həmin vaxt ilanı otaqda olan balaca beş yaşlı Vidadi görüb və qışqırıb. Uşağın bağırtısından diksinən ilan  otaqda yerini dəyişməyə cəhd edərkən siçan üçün qoyulmuş yapışqana ilişib. Bundan sonra ilan məhv edilib” — Aybəniz Vəliyeva deyib.

Öz çığırtısı ilə evə girən ilanı qorxutmuş balaca Vidadi
Öz çığırtısı ilə evə girən ilanı qorxutmuş balaca Vidadi

Aybəniz xanım onu da əlavə edib ki, uşaq gecə səhərə qədər səksəkə içində olub, yatmayıb. İndi də, bir neçə gün keçməsinə baxmayaraq hələ qorxur.

Aybəniz Vəliyeva yaşadıqları müvəqqəti sığınacaq yerində ilanların çox olduğunu deyir. O adlı-sanlı Şərqiyyə Vəliyevanın belə bir şəraitdə, ilanların, siçan və siçovulların əhatəsində yaşamasını da təəssüf hissi ilə qeyd edir. “Şərqiyyə Vəliyevanın yaşadığı ev bu vəziyyətdədir. Heç bir qurumdan, təşkilatdan gəlib, maraqlanan yoxdur ki, Şərqiyyə hansı şəraitdə yaşayır” — deyə o vurğulayıb.

Şərqiyyə Vəliyevanın evinə girib uşağı qorxutduğuna görə məhv edilmiş ilan
Şərqiyyə Vəliyevanın evinə girib uşağı qorxutduğuna görə məhv edilmiş ilan

Aybəniz Vəliyevanın sözündən məlum olur ki, siçan, siçovul, ilan və digər ziyanvericilərlə mübarizə aparmaq üçün Sanitar Epidemioloji Mərkəzə müraciət etmək fikirləri yoxdur. Əvvəllər bir neçə dəfə adı çəkilən mərkəzdən yardım istəsələr də adekvat tədbir görülmədiyinə görə artıq özlərini yormaq istəmirlər.

Sonda ilanın gürzə olduğunu dəqiqləşdiririk. Onu da qeyd edək ki, gürzə ən zəhərli ilanlardandır. Vəliyevlər ailəsində balaca uşaqların olduğunu da nəzərə alsaq, ilanların necə təhlükə yaratdığını anlamaq olur.

Keçmiş deputat Şərqiyyə Vəliyevanın qızı Aybəniz qardaşı nəvəsi ilə
Keçmiş deputat Şərqiyyə Vəliyevanın qızı Aybəniz qardaşı nəvəsi ilə

Odur ki, ailənin gələcək həyatı üçün yarana biləcək təhlükənin qarşısını almaq üçün əlaqədar qurumlar lazımi tədbirlər görməlidir.

Ümid edək ki, mənzil şəraitinin yaxşılaşdırılması istiqamətində təcili addımlar atılacaq və xalq arasında “geroy Şərqiyyə” kimi tanınan Şərqiyyə Vəliyevanın ailəsi üçün təhlükə aradan qaldırılacaq.(sputnik.az)

VIPedu.BIZ

Həmçinin oxuyun

Azərbaycanlı oliqarxın “200” nömrəli qardaşı oğlunun lüks həyatı

“Şərurlu İsfəndiyar” kimi tanınan tikinti maqnatı İsfəndiyar Axundovun ailə üzvlərinin lüks həyatı hər kəsə məlumdur. …