Şənbə , Fevral 24 2024
Ana səhifə / Cəmiyyət / Azərbaycanda karantin rejimi yenə uzadıldı

Azərbaycanda karantin rejimi yenə uzadıldı

Azərbaycanda xüsusi karantin rejiminin müddəti yenə uzadılıb.

Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.

Qərara əsasən, koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə ölkə ərazisində xüsusi karantin rejiminin müddəti 2024-cü il 2 aprel saat 06:00-dək uzadılıb.

Öncəki qərarda Azərbaycanda xüsusi karantin rejiminin müddəti 2024-cü il yanvarın 2-dək idi.

Azərbaycanda koronavirus pandemiyası ilə bağlı 2020-ci ilin martından karantin rejimidir.

Yoluxma sayından asılı olaraq rejim arada sərtləşdirilsə də, sonra yenə yumşaldılıb. Onun müddəti dəfələrlə uzadılıb.

Dünya Səhiyyə Təşkilatı (ÜST) dünyada COVID 19 pandemiyasının bitdiyini elan etsə də, bütün dünya ölkələri karantin rejimindən çıxsa da, Azərbaycanda belə pandemiya ilə bağlı bütün məhdudiyyətlər aradan qaldırılsa da, xüsusi karantin rejimi uzadılmaqdadır.

Bu karantin çərçivəsində Azərbaycanın quru sərhədində xarici ölkələrə gediş-gəlişdə hələ də məhdudlaşdırmalar saxlanıb.

Həmçinin oxuyun

SOCAR-ın keçmiş vitse-prezidenti niyə və kimin qəzəbinə gəldi? – VİDEO

Ötən həftə Xəzər TV-də Bakının Nizami rayonu Qara Qarayev prospekti 229 ünvanında aaprılan tikinti ilə …