Şənbə , Avqust 13 2022
Ana səhifə / Cəmiyyət / Azərbaycanda karantin rejimi sərtləşdirilir? – VİDEO

Azərbaycanda karantin rejimi sərtləşdirilir? – VİDEO

İyunun sonlarında koronavirusa yoluxanların sayı həmin ayın əvvəli ilə müqayisədə 3-5 dəfə artıb. Davam edən bu tendensiya insanlar arasında narahatlıq yaradıb.

Mövzuya münasibət bildirən tibb elmləri doktoru, professor Adil Qeybulla deyib ki, ”omikron” koronavirusun sonuncu ştamı deyil və hər an yeni mutasiyalar meydana çıxa bilər. Buna görə də Ümumdünya Səhiyyə Təşkilatı hələlik pandemiyanın sonu barəsində danışmır. O ki qaldı son günlər koronavirusa yoluxanların sayının artmasına, Adil Qeybulla bildirib ki, bənzər proses bütün dünyada müşahidə edilir.

Onun fikrincə, artım bu templə davam edərsə, sentyabrda vəziyyət kritik həddə çata bilər.

Məsələ ilə bağlı səhiyyə naziri Teymur Musayev isə bildirib ki, yayda insanlar kütləvi tədbirlərə daha çox gedirlər. Buna görə də yoluxanların sayında nisbətən artım var. Nazir hazırda ölkəmizdə epidemioloji vəziyyətin tam nəzarət altında olduğunu, ağırlaşmaların olmadığını diqqətə çatdırıb.

Teymur Musayev əlavə edib ki, ölkəmizdə əhalinin 74 faizi koronavirusa qarşı peyvənd olunub.

Həmçinin oxuyun

“Qızları xaricə göndərməyə ehtiyac yoxdur“

“İndiki dövrdə nəinki qız uşaqlarını, oğlan uşaqlarını da xarici ölkələrə tək buraxmaq risklidir”. BunuSağlam Cəmiyyət Hərəkatının …