Şənbə , Yanvar 29 2022
Ana səhifə / Cəmiyyət / Azərbaycanda “JEK“-lər ləğv olunur

Azərbaycanda “JEK“-lər ləğv olunur

2022-2026-cı illər üzrə Azərbaycanın sosial-iqtisadi inkişaf strategiyasında ölkədə mənzil-kommunal istismar sahələrinin (MKİS) ləğvi yer alıb.

Bunu “Azərbaycan Respublikasında milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə Strateji Yol Xəritələri”nin 2017-2021-ci illər üzrə monitorinq və qiymətləndirmə hesabatına dair mətbuat konfransında çıxış edən İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı deyib.

Onun sözlərinə görə, yeni strategiyada mənzil-kommunal təsərrüfatının islahatı ilə bağlı məsələlər nəzərdə tutulub.

“Bu proses mərhələli şəkildə icra olunacaq. Hazırda dövlət strukturları strategiyanı müzakirə edir. Ümumi şəkildə deyə bilərəm ki, yeni strategiya dayanıqlı islahatları nəzərdə tutur”, – V. Qasımlı deyib. 

Həmçinin oxuyun

Yeni icra başçısı müavinini və bir neçə əməkdaşı işdən azad etdi

Abşeron rayon icra hakimiyyətində kadr islahatları aparılır. Abşeron rayonunun  icra başçısı Abdin Fərzəliyev müavini İlham …