Ana səhifə / Cəmiyyət / Azərbaycanda internetin sürəti azalıb

Azərbaycanda internetin sürəti azalıb

Azərbaycanda internetin orta sürəti saniyədə 2,52 meqabit təşkil edir.

Trend bu barədə Böyük Britaniyanın genişzolaqlı rabitə üzrə konsaltinq agentliyi “CABLE.co.uk”in reytinqinə istinadən məlumat verir.

Bu göstəriciyə görə, Azəraycan reytinqdə 200 ölkə arasında 135-ci yeri tutur.

Qeyd olunur ki, internetin orta sürəti 4 saat 31 dəqiqə ərzində 5 gb həcmində yüksək keyfiyyətli videonun yüklənməsinə bərabərdir.

Bundan əvvəlki reytinqdə Azərbaycan saniyədə 2,67 meqabit sürətlə 102-ci yerdə qərarlaşmışdı.
Hazırda Ermənistan isə 3.94 meqabitlə 107-ci sırada yer alır.

Reytinqə əsasən, orta internet sürətinə görə birinci yerdə saniyədə 60,39 meqabit göstərici ilə Sinqapur qərarlaşıb. İlk üçlükdə həmçinin İsveç (46 meqabit/saniyə) və Danimarka (43,99 meqabit/saniyə) yer alıb.

Həmçinin oxuyun

Azərbaycanda dizel maşınlara qadağa qoyulsa, nə olacaq? – “Bu, sadəcə biabırçılıqdır”

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji Siyasət şöbəsinin müdiri Rasim Səttarzadə açıqlayıb ki, hazırda atmosfer …