Çərşənbə , Noyabr 25 2020
Ana səhifə / Cəmiyyət / Azərbaycanda ilk dəfə Sərbəst Satış Sertifikatı “Aznar”a verildi

Azərbaycanda ilk dəfə Sərbəst Satış Sertifikatı “Aznar”a verildi

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi “Azexport” portalı vasitəsilə Sərbəst Satış Sertifikatı (Free Sale Certificate) təqdim edib. Bu sənədi ilk dəfə dörd şirkət alıb – “Gazelli Group”, “Apiaz MMC” (“Ballı” brendi ), “Aznar” QSC, “Brightman” MMC (“ZIRA” brendi). Onlar bu sertifikat sayəsində öz məhsullarının ərəb ölkələri və ABŞ bazarına ixracını reallaşdırır.

“Azexport” portalının rəhbəri Zaur Qardaşov bildirib ki, Sərbəst Satış Sertifikatı beynəlxalq ticarətdə nisbətən yeni tətbiq olunan nəzarət tənzimləmə mexanizmidir.  Sitat: “Sertifikat bir çox ölkələrdə icbari xarakter daşıyır və insan orqanizmi ilə təmasda olan qida, kosmetika, tekstil, tibbi cihazlar, gigiyenik vasitələr və s. məhsulların dövriyyəsində təhlükəsizliyin təmin edilməsi üçün tətbiq edilir.”

Zaur Qardaşovun sözlərinə görə, Sertifikatın mahiyyəti həm də ondan ibarətdir ki, hökumət tərəfindən ölkədə sertifikatı verən rəsmi orqan müəyyən edilir. Azərbaycanda bu rəsmi orqan Prezident sərəncamına uyğun olaraq, İqtisadi  İslahatların Təhlili və Kommunikasiya Mərkəzi təyin edilib.

Azərbaycan, MDB məkanında bu tip sertifikatı təqdim edən 3-cü ölkədir. Sərbəst Satış Sertifikatının verilməsi Azərbaycan şirkətlərinə əvvəllər ixracı mümkün olmayan 100-dən çox ölkənin bazarlarını açıq edir.

Bu sertifikatı almaq üçün şirkətlər beynəlxalq standartlara uyğun keyfiyyətli məhsul istehsalını sübut edən sertifikata, malların uyğunluq sertifikatına, habelə barkoda (əgər varsa) malik olmalıdr.

Qeyd edək ki, sertifikatı Azərbaycanda ilk dəfə alan dörd şirkətdən biri-“Aznar” QSC Göyçayda “Grante” brendi altında ekoloji təmiz nar şirələrinin, habelə nar və üzüm, nar və albalı şirələrinin qarışığını, digər meyvə şirələrini istehsal edir.

“Aznar” artıq neçə ildir ki, istehsal etdiyi ekoloji təmiz şirələri və məhsulları bub rend altında AB. Ş, Polşa, Yeni Zelandiya, Almaniya, Avstraliya, Rusiya və İsrailə , habelə Baltik respublikalarına, Qazaxıstana və Çexiyaya ixrac edir.

Cəmi 100 nəfərə yaxın işçinin çalışdığı zavod ildən-ilə məhsulların keyfiyyətini yüksəltməyi və xarici bazarlara çıxış imkanlarını genişləndirməyi qarşıya məqsəd qoyub. Azərbaycanda ilk dəfə Sərbəst Satış Sertifikatı alan 4 şirkətdən biri olması “Aznar” QSC-yə ixrac imkanlarını daha da genişləndirməyə imkan verəcək.

Həmçinin oxuyun

“Ali Baş Komandan və xanımı isti nəfəsi ilə Ağdamın qanayan yarasına sığal çəkdi…”

“Ali Baş Komandanımızın doğma Qarabağın dilbər guşəsi və işğala məruz qaldığı gündən “Ruhlar şəhəri” adlandırdığımız …