Ana səhifə / Cəmiyyət / Azərbaycanda iki teatra yeni direktorlar təyin olunub

Azərbaycanda iki teatra yeni direktorlar təyin olunub

Azərbaycanda iki teatra yeni direktor təyin edilib.

“Report”un xəbərinə görə, Gənc Tamaşaçılar Teatrının keçmiş direktoru Mübariz Həmidov Sumqayıt Dövlət Dram Teatrına direktor təyin olunub. Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının I müavini Teymur Səmədov və Mədəniyyət Nazirliyinin İncəsənət şöbəsinin müdiri İsmayıl Hüseynov Mübariz Həmidovu kollektivə təqdim ediblər.

Sumqayıt Dövlət Dram Teatrının sabiq direktoru İslam Həsənov YUĞ teatrına direktor yeni təyin olunub.Qeyd edək ki, bundan əvvəl YUĞ teatrında direktor əvəzi vəzifəsini Kukla Teatrının direktoru Rəşad Əhmədov icra edirdi.

Həmçinin oxuyun

Xalq şairi Musa Yaqub xəstəxanaya yerləşdirildi

Azərbaycanın Xalq şairi, 82 yaşlı Musa Yaqub səhhətində yaranan problemə görə bu gün İsmayıllı rayon …