Cümə axşamı , May 23 2024
Ana səhifə / Cəmiyyət / Azərbaycanda hamamı olmayan evlərin sayı açıqlanıb

Azərbaycanda hamamı olmayan evlərin sayı açıqlanıb

Bu ilin əvvəlinə olan məlumata görə Azərbaycanda ev təsrrüfatlarının 0,6%-də hamam (vanna və duş) olmayıb.
Yeniavaz.com-un apardığı hesablama göstərir ki, bu göstərici təxminən 14 min evə bərabərdir.
Şəhər yerlərində hamamı olmayan evlərin sayı ümumi evlərin 0,2%-nə, kənd yerlərində isə 1,1%-nə bərabər olub.
Açıqlanan rəsmi statistikada diqqət çəkən məqamlardan biri odur ki, əvvəlki illərdə ölkədə hamamı olmayan evlərin sayı daha çox olub.
Aşağıda hamamı olmayan evlərin ümumi evlərdəki payı illər üzrə aşağıdakı kimi olub:
2016-cı il – 11,4%
2017-ci il – 10,4%
2018-ci ildə – 7,3%
2019-cu il – 6,7%
2020-ci il – 6,1%
2021-ci il – 5,7%
2022-ci il – 2,9%
2023-cü il – 0,6%

Onu da bildirək ki, bölgələrdə hamamı olmayan evlərin sayı əvvəllər daha çox olub. Məsələn, 2016-cı ildə Şəki-Zaqatala iqtisadi rayonunda ümumi evlərin 26%-dı hamam olmayıb. Ötən il isə bu bölgədə hamamı olmayan evlərin ümumi evlərdəki payı cəmi 0,9% təşkil edib.

Həmçinin oxuyun

Tır sürücüləri: “Biz uçurumdan düşmüşük, hələ xəbərimiz yoxdur”

Tır sürücüləri bir araya toplanaraq haqsızlığa qarşı etiraz ediblər. Beynəlxalq yük daşıma ilə məşğul olan …