Çərşənbə axşamı , Oktyabr 27 2020
Ana səhifə / Cəmiyyət / Azərbaycanda hakim tərəfləri “Barışıq skamyası”nda əyləşdirdi – FOTOLAR

Azərbaycanda hakim tərəfləri “Barışıq skamyası”nda əyləşdirdi – FOTOLAR

Azərbaycan məhkəməsində “Barışıq skamyası”nda tərəflər növbəti dəfə barışdırılıb.

E-huquq.az-ın xəbərinə görə, bu hadisə Bakı Apellyasiya Məhkəməsində baş verib.

Belə ki, hakim İsmayıl Xəlilovun sədrliyi ilə keçirilən mübahisəli işdə məhkəmə heyəti tərəfləri “Barışıq skamya”sında oturdub. Hər iki tərəf skamyada oturduqdan sonra barışıq sazişini imzalayıblar.

Həmçinin həmin məhkəmə tərkibinin digər mübahisəli işində tərəflər “Barışıq skamyası”nda barışıb.

Qeyd edək ki, 10 iyun 2011-ci il tarixində Bakı Apellyasiya Məhkəməsinin məhkəmə iclas zallarının yerləşdiyi korpusun qarşısında rəmzi xarakter daşıyan “Barışıq skamyası” qoyulub. Bu skamyanın qoyulmasında məqsəd insanlar arasında münasibətləri normal vəziyyətə gətirmək üçün məhkəmədə iştirak edən tərəfləri barışdırmağa nail olmaqdır.

Xatırladaq ki, daha əvvəl də hakim İ.Xəlilovun sədrliyi ilə keçirilən mübahisəli işdə “Barışıq skamyası”nda tərəflər barışıb.

Həmçinin oxuyun

İşğaldan azad edilən Vəng kəndinə yeni ad veriləcək

Bu gün Milli Məclisin plenar iclası keçiriləcək. “Azərbaycan Respublikasının Xocavənd rayonunun Vəng kəndinin Çinarlı kəndi …