Çərşənbə axşamı , Noyabr 29 2022
Ana səhifə / Cəmiyyət / Azərbaycanda hərbi xidmətə növbəti çağırış başlayıb

Azərbaycanda hərbi xidmətə növbəti çağırış başlayıb

Prezident İlham Əliyevin bu ilin sentyabrın 3-də imzaladığı sərəncama əsasən Azərbaycanda həqiqi hərbi xidmətə növbəti çağırış başlayıb.

“Report” xəbər verir ki, artıq bu gündən çağırışçıların müəyyən edilən qrafik əsasında xidmət yerlərinə göndərilməsinə başlanılıb.

Belə ki, 2004-cü ildə doğulmuş və çağırış gününədək (həmin gün də daxil olmaqla) 18 yaşı tamam olmuş, habelə 1987-2003-cü illərdə doğulmuş, yaşı 35-dək olan, Azərbaycan Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmət keçməmiş, müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ olmayan və ya müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilməmiş Azərbaycan vətəndaşları oktyabrın 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılırlar.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən çağırışçıların müddətli həqiqi hərbi xidmətə yola salınması oktyabrın 30-dək davam edəcək.

Qeyd edək ki, Prezident İlham Əliyev bu il sentyabrın 3-də “Azərbaycan Respublikası vətəndaşlarının 2022-ci il oktyabrın 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında” sərəncam imzalayıb.

Həmçinin oxuyun

Sənubər İsgəndərli: “Qızıma çox qadağa qoyduğuma görə peşmanam” – FOTO

“Məndə insanlara qarşı həmişə məsafə var. Zarafat sevirəm, deyib-gülməyi xoşlayıram. Çalışıram kiminsə qəlbinə dəyməyim, amma …