Çərşənbə axşamı , Noyabr 29 2022
Ana səhifə / Cəmiyyət / Azərbaycanda güclü zəlzələ təhlükəsi var? (VİDEO)

Azərbaycanda güclü zəlzələ təhlükəsi var? (VİDEO)

Dünən səhər saat 08-08 radələrində Pirqulu stansiyasından 44 km cənubda, Qobustan rayonu ərazisində növbəti dəfə zəlzələ olub.
Paytaxta bu qədər yaxın bir məsafədə iki gün ard- arda zəlzələnin baş verməsi narahatçılığa əsas yaradırmı?
Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli “Xəzər Xəbər”ə bildirib ki, dünən axşam baş verən zəlzələ bəzi sakinlər tərəfindən hiss edilsə də, bu gün səhər saatlarında baş verən zəlzələ ümumiyyətlə hiss olunmayıb.
Qurban Yetirmişli əlavə etdi ki, Azərbaycan seysmogen bölgədir. Ona görə də burda hər gün təkanaların baş verməsi təbii haldır.
Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru bildirdi ki, ölkədə yaxın zamanalar üçün dağıdıcı, katastrofik zəlzələ ehtimalı yoxdur.

Həmçinin oxuyun

Sənubər İsgəndərli: “Qızıma çox qadağa qoyduğuma görə peşmanam” – FOTO

“Məndə insanlara qarşı həmişə məsafə var. Zarafat sevirəm, deyib-gülməyi xoşlayıram. Çalışıram kiminsə qəlbinə dəyməyim, amma …